Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI: "İtkimiz yoxdur..."

2019-09/1569411495_mudaf.jpg

CƏMİYYƏT

958

25.09.2019, 15:38

\"\"  Müdafiə Nazirliyi (MN) Azərbaycana məxsus PUA-nın vurulması barədə düşmən tərəfinin yaydığı məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən  Oxu24.com-a  bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb: “Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”.
Qeyd edək ki, bu gün Ermənistanın bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının vurulması ilə bağlı məlumatlar yayılıb.