Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlikdə şöbələr dəyişdirildi

2019-09/1569310151_nazi.jpg

CƏMİYYƏT

944

24.09.2019, 11:28

\"\" Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilir.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bununla bağlı \"Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında\" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, mərkəzin strukturu yeni redaksiyada verilib. Yeni redaksiyaya əsasən, mərkəzin strukturuna \"İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi, Vergi inzibatçılığının tədrisi şöbəsi, Vergi qanunvericiliyinin tədrisi şöbəsi, Elm, innovasiya və əməkdaşlıq şöbəsi, Maliyyə, təminat və mühasibat uçotu şöbəsi, Tədris və metodika şöbəsi, Layihələrlə iş və inkişaf bölməsi, Keyfiyyət təminatı bölməsi daxil olub.
Dəyişikliyə qədər isə Mərkəzin strukturuna rəhbərlik, İqtisadiyyat və menecment, Vergi metodologiyası və Vergi qanunvericiliyi və təsərrüfat hüquqi kafedraları, Elmi tədqiqat bölməsi, Tədris və metodika şöbəsi, Maliyyə və təsərrüfat şöbəsi və Mühasibat daxil idi.