Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18224
az

“İçərişəhər” DTMQ İdarəsi tədbir keçirdi

16:4823 Sentyabr, 2019
721
CƏMİYYƏT
  • A
 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qərarı ilə 2019-cu il görkəmli şair və filosof İmadəddin Nəsimi ilinin elan edilməsi ilə əlaqədar “İçərişəhər” DTMQ İdarəsi silsilə tədbirlər həyata keçirməkdədir.

İdarənin 22.09.2019-cü il tarixində Qala Qoruğu ərazisindəki Etno evdə təşkil etdiyi “Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı ədəbi-bədii gecəsi belə möhtəşəm tədbirlər sırasına daxil oldu. Tədbiri giriş sözü ilə acan İdarənin mətbuat katibi Rahib Azəri bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığına nəzər saldı.
Daha sonra gecəyə dəvət edilən sufi və təsəvvüf fəlsəfəsinin davamçısı, ney və pianonun mahir ifaçısı, səma rəqsləri qrupunun rəhbəri Hakan Mengüc haqda iştirakçılara məlumat verdi. Məşhur ifaçının bir-birindən gözəl musiqiləri gecəyə xüsusi gözəllik və rəng qatdı
Gecənin sonunda pop, caz və xalq mahnılarının mahir ifaçısı Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva pianoda Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısını canlı ifa etdi.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərovun, respublikanın tanınmış sənət adamlarının iştirak etdiyi gecə çox böyük rəğbətlə qarşılandı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib- FOTOLAR

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı