Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18197
az

Həyatı dəyişmək üçün nə etmək lazımdır?

23:1922 Sentyabr, 2019
1208
CƏMİYYƏT
  • A
İnsanların əksər hissəsi həyatda eniş və yoxuşlarla rastlaşırlar. Bəzən lazımdır ki, həyatımızda dəyişikliklər edək. Elə bir iş görək ki, həyatımızın keyfiyyətini dəyişdirə bilək. (Tebyan)
O zaman ki, tərəqqiyə doğru bir addım atarıq, başa düşərik ki, gərək indiki və gələcək həyatımıza daha çox nəzarət edək. Bu yolla daha böyük və daha yaxşı qərarlar alıb, daha çox sevinc hiss edərik. Nəticədə çətinliklərlə mübarizə üçün daha çox gücə və bacarığa malik olmuş olarıq.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, biz gərək əyləşib möcüzə gözləməyək. Gözləməyək ki, bir möcüzə baş verəcək və bizim hyatımız dəyişəcəkdir. Əgər biz bunu istəməsək, heç bir şey dəyişməyəcəkdir.

Heç indiyə qədər həyatınızı dəyişdirmək istəmisinizmi?

Hər bir kəsin həyatı özünə aiddir və heç kəs onun həyatını dəyişdirməyə qadir deyildir. Əgər siz dəyişmək üçün hazır olmasanız, heç bir şey sizi buna məcbur edə bilməz.

Ona görə də ilk addımı atmamış, gərək özümüzə təlqin edək ki, həyatımızın daha yaxşı olması üçün dəyişdirmək istəyirik. Əslində mühüm deyildir ki, hal-hazırda həyatınız nə qədər yaxşıdır. Tərəqqi həmişə mövcuddur. Əgər hətta həyatınız yaxşı deyildirsə belə, yaxşı olması üçün həmişə ümüd vardır. Özünüzə bunu qəbul etdirin ki, irəli getmək üçün sizin həmişə gücünüz və qabiliyyətiniz vardır.

Mütəxəssislər bu fikirdədir ki, hər bir insanın batinində elə bir qüvvə gizlidir ki, biz ondan xəbərsizik. Ona görə bunun üçün gərək özümüzə etimad edək. Özümüzə etimad etsək, dəyişmək yolunun yarısını getmiş olarıq.

Allah Təala buyurur: "Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir". ("Rəd" 11).

Bu yolda Allaha təvəkkül etmək çox mühümdür və əgər Allaha təvəssül edib, bu işə qədəm bassaq, Allah bizə kömək edər və həmin işdən ümidsiz qayıtmarıq.

"Qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir". ("Ali-İmran" 159).

Əgər Allaha təvəkkül etsən, səhv yola getməzsən. Çünki Allah səni düz yola hidayət edər. O kəs ki, Allaha etimad edər, Allah ona düzgün yolu nişan verər.

"Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir". ("Təlaq" 3).

Allah Təala bizləri təvəkkül və əzm əhlindən qərar versin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Stresdən əziyyət çəkirsiniz? - Bu çayı yoxlayın
Əməkdar artist yubileyindən bir gün əvvəl VƏFAT ETDİ -FOTO
Bu müəllimlər işdən çıxarılacaq? -Rəsmi AÇIQLAMA

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər