Qaynar xətt:

(+99450) 247 90 86

“Instagram”-da çoxdan gözlənilən - DƏYİŞİKLİK

2019-09/1569173523_inst-3.jpg

CƏMİYYƏT

1268

22.09.2019, 21:31

\"\" Dünyanın ən məşhur sosial media platforması olan “Instagram”-da çoxdan gözlənilən dəyişiklik istifadəyə verilib. Yeni dəyişikliklə artıq paylaşımları planlaşdırmaq mümkün olacaq.  
Xüsusən sosial media menecerlərinin işini asanlaşdıracaq yenilik “Facebook”-un Beynəlxalq Yayım Müqaviləsi çərçivəsində ictimaiyyətə açıqlanıb. Dəyişiklikdən bütün şəbəkə istifadəçiləri yararlana bilərlər.
Bəs “Instagram” üzərindən paylaşımları necə planlaşdırmaq olar? Bunun üçün “Facebook”-da qeydiyyatda olmaq lazımdır. Ardınca “Instagram” səhifənizi açıb “Paylaşım yarat” seçimini etmək tələb olunur. Burada qarşınıza “Zamanla” seçimi çıxır. Bu seçimlə postunuzu istənilən tarixə planlaşdıra bilərsiniz.