Qaynar xətt:

(+99450) 247 90 86

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ - Əhalinin DİQQƏTİNƏ

2019-09/1568917897_photo_74188-1.jpg

CƏMİYYƏT

684

19.09.2019, 22:30

\"\" Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
Sumqayıt Qaz İstismarı Sahəsindən  verilən məlumata görə, “Şəhər 4” orta təzyiqli qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq sentyabrın 20-də saat 10:00-dan 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrində, 11, 12, 13, 20, 21-ci  mikrorayonlarında, eləcə də  Corat qəsəbəsi, Novxanı, Saray, Corat, Ceyranbatan və  Metallurq bağlarında, ”Yaşıldərə” yaşayış massivində  qaz təchizatı dayandırılacaq. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.