Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18100
az

İmamoğlu naxçıvanlıları İstanbuldan QOVUR – KÜTLƏVİ DEPORTASİYA

19:5719 Sentyabr, 2019
600
CƏMİYYƏT
  • A
İki gündür ki, Türkiyənin İstanbul şəhərində qanunsuz işləyən Azərbaycan vətəndaşlarının deportasiyasına başlanılıb.

Bu barədə gununsesi.org-a Türkiyədən Naxçıvana deportasiya olunan vətəndaşlar bildirib. Onların sözlərinə görə, illərdir ki, Azərbaycan, xüsusilə, Naxçıvan Muxtar Respublikasından olan on minlərlə insan qardaş ölkədə çalışıb.

Ancaq onlar etiraf edib ki, çalışma izinləri olmasa da indiyədək toxunan olmayıb: "Bilirdilər və göz yumurdular. İndiyə qədər deportasiya etdikləri Türkiyəyə əxlaqsızlıq üçün gələnlər idi. İşləməyə gələnlərə dəymirdilər. Rəis "azərilərə toxunmayın” (Prezident Ərdoğanı nəzərdə tuturlar-red.) dediyi üçün bizə də göz yumurdular. Ancaq vəziyyət dəyişib. Hamının yerini-yurdunu bilirlər. Gecəylə deportasiya edirlər. 2-3 min adamı yaxın günlərdə geri qaytaracaqlar”.
"Hamı bilir ki, Naxçıvanda işsizlikdir. Necə olacaq,bilmirik” deyən Muxtar Respublika sakinləri həyatlarını taleyin axarına buraxdıqlarını bildirib.
 

Gununsesi.org-un araşdırmasına görə, Türkiyə 5 minə yaxın azərbaycanlıya bu ölkəyə girişi məhdudlaşdırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu ölkəyə başsağlığı verdi

Bakıda ev YANIR
Bakı metrosunda qatar yoluna düşən 20 yaşlı oğlanın son durumu- YENİLƏNDİ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var