Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18082
az

Cavanşir Məmmədovun sərt sözlərinə BNA-dan cavab: "Bir az piyada gəzsin..."

14:5619 Sentyabr, 2019
621
CƏMİYYƏT
  • A
 
"Hər gün cərimə yazırlar, belə olmaz. Evimin qarşısında avtomobil saxlaya bilmirəm, cərimələyirlər".

Bu sözləri Redaktor.az-a açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov deyib. O, Bakı Nəqliyyat Agentliyini (BNA) sərt tənqid edib:

"Bunlar bilməlidir ki, dünyanın hər yerində aptek var, insan aptekdən dərman alanda avtomobilini harada saxlamalıdır? Öz apteklərinin qarşısında daynma-durma nişanı qoyurlar ki, alverləri çox olsun. Başqa yerdə dayanan kimi cərimələyirlər. İnsanları bu qədər incitmək olmaz".

Əməkdar artist əlavə edib ki, iş saatından sonra insanlara evinin, yaşadığı binanın qarşısında avtomobil saxlamağa icazə verilməlidir:

"Mən evimin qarşısında avtomobil saxlaya bilmirəm. Kamera çəkir, telefonuma cərimə gəlir. Elə bu ay BNA iki cərimə mesajı göndərib. Yaxşı, bu avtomobili harada saxlayım?! Parkinqə getmək üçün 6 manat taksiyə, 6 manatda yer haqqı verməliyəm. Gündə 12 manatı parkinqə verim, nəylə yaşayım, acından ölüm?!".

Cavanşir Məmmədov BNA əməkdaşlarının yerli-yersiz avtomobilləri cərimələməsindən də danışıb:

"Avtomobilə minəndə də, düşəndə də çəkirlər. Ürəkləri soyumur, gəlib içərini də çəkirlər. Bəlkə mənim avtomobilimdə kənar adam var?! İnsanlara nə maaş verisiniz ki, onları cərimə ilə soyursunuz?".

Müğənnin tənqidlərinə cavab verən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a açıqlamasında bu sözləri deyib:

"Cavanşir müəllim avtomobilini parkinqdə saxlasın, bir az piyada gəzsin. Xalqın arasında olsun". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ