Nur-Sultanda keçirilən dünya çempionatında rusiyalı idmançı Hacımurad Rəşidova uduzan Hacı Əliyevin hakimlərə etiraz etdiyini, onlara hücum çəkdiyini xəbər vermişdik.
Oxu24.com -un məlumatına görə, qalmaqala səbəb olan idmançımız dünya çempionatından diskvalifikasiya olunub.
Belə ki, onun rəqibi Rəşidov finala çıxsa belə, Əliyev təsəlliverici görüşlərə qatılmayacaq. Bununla da o, bürünc medal şanslarından da məhrum olub.
Hacı Əliyev qarşıda 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya lisenziya verəcək 3 turnirdə iştirak edəcək. Hakimlərin ona göstərdiyi qırmızı vərəq isə yalnız hazırda davam edən dünya çempionatından diskvalifikasiya olunduğu anlamına gəlir.
Həmçinin oxu: Daha bir idmançımız xalçada dava saldı - ŞOK görüntüŞOK görüntü: Modelin əl-qolunu bağlayıb liftdə...+VİDEO Oxu24.com
ŞƏRHLƏR