Qaynar xətt:

(+99450) 247 90 86

Hava ilə bağlı XƏBƏRDARLIQ

2019-09/1568450170_yagisli-hava.jpg

CƏMİYYƏT

666

14.09.2019, 12:36

\"\"  Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış
yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
ETSN-dən bildirilib ki, havanın temperaturu  gecə 16-20° isti, gündüz  24-27° isti, Bakıda gecə 16-18° isti, gündüz  25-27° isti təşkil edəcək.
Atmosfer  təzyiqi normadan yüksək 763  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  55-65 % olacaq.   Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə leysan xarakterli  olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman oacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz  24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz  10-15° isti təşkil edəcək.