Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu tarixdə televiziya və radio kanalların yayımı dayandırılacaq

2019-09/1568399324_tv.jpg

CƏMİYYƏT

656

13.09.2019, 22:29

\"\" Sentyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq.
Bunu “APA-Economics”ə “Teleradio” İstehsalat Birliyindən deyiblər. Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub. Bu günədək profilaktika martın 4-də və iyunun 10-da keçirilib, üçüncüsü sentyabrın 16-da, dördüncüsü isə dekabrın 9-da keçiriləcək.