Qaynar xətt:

(+99450) 247 90 86

Ağır qəza: Ölən və yaralı var

Ağır qəza: Ölən və yaralı var

CƏMİYYƏT

505

08.11.2026, 09:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 18 yaşlı T.Orucov həyatını itirib.

Hadisə zamanı avtomobilin sürücüsü, 20 yaşlı V.Əmrahov və 24 yaşlı C.Rüstəmov xəsarət alıblar.

Qeyd edək ki, hərəkətdə olan VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri xəstəxanada ölüb.

Oxu24.com-un  məlumatına görə, ölən və xəsarət alan şəxslərin kimlikləri dəqiqləşdirilir.

***

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

APA