Bu gün hüznlü məhərrəm ayının yeddisidir.
Oxu24.com İnteraz-a istinadən xəbər verir ki, tarixi fakslara əsasən Məhərrəm ayının yeddisindən başlayaraq, Kərbəla səhrasında otraq edən İmam Hüseynin (ə) karvanına qarşı fiziki zorakı addımlar atılmağa başladı.
İmam Hüseyn(ə) artıq məhərrəm ayının ikisindən qarşıda ordunun olduğunu və mühasirəyə düşdüyünü görərək Kərbəla çölündə otraq etmişdi. Bu günlər ərzində İmam Hüseyn (ə) qarşı tərəfi mühasirəni qaldırmağa və yolu Kufəyə sarı açmağa çağırırdı. Lakin qarşı tərəfin israrı ilə İmamın karvanı mühasirədə qalırdı. Məhərrəm ayının yeddisindən İmam Hüseynin (ə) karvanı sudan da məhrum edildi.
Yezid ibni Müaviyənin İraq üzrə valisi Ubeydullah ibni Ziyadın əmri ilə Ömər bin Səd 500 atlı göndərərək, onları İmam Hüseynin (ə) karvanı ilə Fərat çayı arasında yerləşdirdi.
Kərbəlanın yandıran qızmar istiləri və karvanın su ehtiyatının tükənməsi onları taqətdən salmışdı. Məhərrəmin yeddisindən Aşuraya (Məhərrəmin 10-u) qədər İmam Hüseyn (ə) qarşı tərəfdən bir neçə dəfə su istəsə də Yezid ibni Müaviyənin ordusu buna imkan vermədilər. Hətta Fərat çayından və onun kiçik qolu olan Əlqəm çayından suyun əldə edilməsi üçün İmam Hüseynin (ə) qardaşı həzrət Əbul-Fəzl Abbasın təkbaşına hücumu da səmərəsiz qalmışdı. Bu hücumda həzrət Əbul-Fəzl Abbas vəhşicəsinə şəhid edilmişdi.
Dini ayinlərə əsasən Məhərrəm ayının yeddisində əsasən İmam Hüseynin (ə) şəhid edilən 6 aylıq südəmər körpəsi anılır. Oxu24.com
ŞƏRHLƏR