Qaynar xətt:

(+99450) 247 90 86

Səhər pis xəbərlə açıldı: Ölən və yaralılar var

2019-09/1567833302_1541673098_1541672659_1541672620_1541141381_1540016908_xestexana-qeza.jpg

CƏMİYYƏT

1139

07.09.2019, 09:14

\"\"  Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.
Səhiyyə Nazirliyindən Oxu24.com-a  verilən məlumata görə, Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.  
Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.