Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17624
az

Məhərrəm ayının hansı böyük xüsusiyyətləri var?

19:0606 Sentyabr, 2019
965
CƏMİYYƏT
  • A
"Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın Kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və Yer kürəsi ilə Ayın, Günəş sistemində sıralanmasının necəliyindən yaranır). Onlardan dördü (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları) haram (möhtərəm)aylardır (və onlarda döyüş haramdır). Bu, möhkəm və əbədi bir dindir (dinin hökmüdür). Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin. Və (döyüş zamanı) müşriklər sizin hamınızla vuruşduqları kimi siz də onların hamısı ilə vuruşun və bilin ki, Allah pərhizkarlarladır". ("Tövbə" 36).

Həzrət Peyğəmbər (s) buyurur: "Bir ildə 12 ay vardır ki, onun 4 ayı haram aylardır. 3 ay dalbadal gəlir: Zilqədə, Zilhiccə və Məhərrəm aylarıdır. Dördüncü ay isə Rəcəb ayıdır".

Allah Təala yuxarıdakı ayədə bu dörd aya işarə edərək, buyurur ki, bu dörd ay haram (möhtərəm mənasında) aylardır və hər kim bu ayda günah edərsə, cəzası da böyük olar.

İbni Abbas bu ayə barəsində buyurur: "Allah bu ayədə buyurur ki, bütün aylarda zülm etməyin. Sonra dörd ayı haram elan edir və buyurur ki, hər kim bu aylarda günah edərsə, günahı böyük hesab olunar. Hər kim saleh əməl yerinə yetirərsə, savabı böyük olar".

İbni Kəsir təfsirində bu ayə barəsində deyir: "Haram aylarda zülm etməyin cəzası böyükdür - baxmayaraq ki, zülm etmək həmişə haramdır. Ancaq bu dörd ayda daha böyük hesab olunur.

Allahın xəlq etdikləri arasında seçilmişləri vardır. Mələklər arasından elçiləri vardır. İnsanlar arasından peyğəmbərləri vardır. Zikrləri arasında seçilmişləri vardır. Aylar, illər və günlər arasından seçilmişləri vardır. Haram aylar - Ramazan ayı, Rəcəb və Şəban ayları kimi. Günlər arasından cümə günü kimi. Gecələr arasından Qədr gecəsi kimi. Ona görə də o şeyi ki, Allah böyük hesab edir, biz də etməliyik".

Beləliklə, deyə bilərik ki, Məhərrəm ayı haram aylardan biri olduğu üçün bu ayda zülm etmək, günah etmək insanın Allah yanındakı məqamını xüsusən aşağı salar və o, İlahi rəhmətdən məhrum olar.

Bu ayın hörmətini saxlayaq və İmam Hüseynin (ə) mübarək məktəbini dərk edək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maqnit qasırğası başladı - Bu tarixədək davam edəcək
Baba Rzayevlə bağlı nə baş verir? – Şiddətli töhmətin arxasındakı sensasion məqam
Sabahın havası açıqlandı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı