Qaynar xətt:

(+99450) 247 90 86

DİN-in hospitalında burun əməliyyatından sonra ölən polisin görüntüləri yayılıb - FOTO

DİN-in hospitalında burun əməliyyatından sonra ölən polisin görüntüləri yayılıb - FOTO

CƏMİYYƏT

1575

06.09.2019, 10:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" 
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı burun əməliyyatından sonra dünyasını dəyişib. Oxu24.com  xəbər verir ki, “unikal.org” saytı dünyasını dəyişən qadının fotosunu yayıb.
Adıçəkilən hospitalın tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyindən əməliyyat olunub. Yaxınlarının verdiyi məlumata görə, əməliyyat normal keçib. Əməliyyatdan sonra ayılıb, danışıb. Lakin 4 saat sonra onun təzyiqi düşüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Sevinc Qəribova həm də polis serjantı olub. Ailəli olan mərhumun, 9 yaşlı bir qızı var. Qeyd edək ki, Nərimanov rayon Prokurorluğu fakt üzrə araşdırma aparır. \"\"