Qaynar xətt:

(+99450) 247 90 86

Səfər zamanı hansı məkanlarda namazı bütöv şəkildə qılmağa icazə verilir?

Səfər zamanı hansı məkanlarda namazı bütöv şəkildə qılmağa icazə verilir?

CƏMİYYƏT

947

05.09.2019, 23:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" İslam şəriətinə görə, səfər qaydalarına cavab verən hallarda gündəlik dörd rükətli namazlar qəsrlə, yəni ixtisarla, iki rükət şəklində qılınmalıdır. Şiə məzhəbində bu vacib, əhli-sünnə məzhəbində bəyəniləndir. Cəfəri məzhəbinə əsasən, qəsdən səfərdə namazları bütöv qılmaq batildir. Lakin bəzi hallarda namazları bütöv qılmağa icazə verilir. Dini mənbələrdə yazıldığına görə, dörd məkanda müsafirin gündəlik dörd rükətli namazları bütöv qılması icazəlidir.
Oxu24.com islam.az-a istinadən bildirir ki, bu məkanlara aşağıdakılar daxildir: Məkkə, Mədinə və Kufə şəhərlərinin hər hansı güşəsi, Kərbəlada İmam Hüseynin (ə) hərəmində qəbrin təqribən 11,5 metr radiusda ətrafı. Bir daha qeyd edirik ki, bu məkanlarda namazı bütöv qılmaq icazəlidir, vacib deyil. Müsafir şəxs bu dörd məkanda namazları bütöv ya qəsr qılmaqda azaddır, öz seçiminə uyğun hərəkət edə bilər.