Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17574
az

Bakıda sərnişinlər avtobuslardakı mərsiyələrdən narazıdılar

18:4405 Sentyabr, 2019
691
CƏMİYYƏT
  • A
Bakıətrafı kəndlərə sərnişin daşıyan avtobus sürücüləri Məhərrəmlik ayı başlayandan sözügedən ayla bağlı mərsiyələri yüksək səslə sərnişinlərə qulaq asdırırlar.

Oxu24.com xəbər verir ki, bu barədə qafqazinfo-ya sözügedən istiqamətdə hərəkət edən sərnişinlər məlumat verib. Onlar bildirir ki, avtobus işə başlayan saatdan axşama kimi dini musiqilər yüksək səslə audiovasitədə oxudulur. Bu kimi hallar əsasən 131, 189  172, 107 və.s saylı marşrutlarda qeydə alınır. Rahatlığı pozulan sərnişinlər səhər saatlarından sözlərində ağrı, işgəncə, ah-vay olan mərsiyələrin ictimai yerlərdə səsləndirilməsindən narazılıqlarını ifadə edirlər.

Ümumiyyətlə isə, ictimai yerlərdə yüksək səslə istər dini, istərsə də digər janrlarda musiqi səsləndirmək qanunla qadağandır. Belə bir tələb Nazirlər Kabinetinin 141 saylı qərarında da öz əksini tapıb. Qərarda bildirilir ki, müntəzəm sərnişin daşıma ilə məşğul olan avtobuslarda audio və video sistemlərdən yalnız sərnişinlərin razılığı əsasında istifadə etmək olar.

İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə əsasən də, müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Sözügedən sayt məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri  Mais Ağayevlə əlaqə saxlayıb. O məsələnin araşdırılacağını bildirib. Qeyd edib ki, sərnişinlərin ictimai nəqliyyatda rahat istifadəsini təmin etmək üçün zəruri tədbirlərin görülməsi məqsədilə daşıyıcılara xəbərdarlıq olunacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kirkorov plastik əməliyyatlardan sonra BELƏ formada qalır
Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!
TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər