Qaynar xətt:

(+99450) 247 90 86

Bağçada uşaqlar arasında bakterial dizenteriya, skarlatina, sətəlcəm aşkarlanıb

2019-09/1567612967_783317.jpg

CƏMİYYƏT

1130

04.09.2019, 20:15

\"\" Ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında qeydə alınan xəstələnmə hallarının çoxu qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası ilə bağlı olub.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, 2018-ci il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqların xəstələnmə hallarının sayı 32891 olub. Onların 31505-i dövlət, 1386-sı qeyri-dövlət müəssisələrinin payına düşüb. Müəssisələrdəki xəstələnmə hallarının 26034-ü 3 və yuxarı yaşda olan uşaqlar arasında qeydə alınıb. Ümumilikdə ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində qeydə alınmış xəstələnmə hallarının 16933-ü qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası, 8008-i angina (kəskin tonzillit), 160-ı bədbəxt hadisə, zəhərlənmə və zədələr, 248-i sətəlcəm, 467-si bakterial dizenteriya, 149-u skarlatina, 6926-sı digərləri olub.