Güclü qar yağdı: Yollar bağlandı
09 Noyabr 2026, 14:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1246
20.10.2026, 10:49
Xəbər verdiyimiz kimi,ölkə başçısının sərəncamı ilə TƏBİB Səhiyyə Nazirliyinin tərkibinə verildi və Anar Bayramov yeni səhiyyə naziri təyin olundu.
Digər sərəncamla Teymur Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edildi.
Qeyd olunan xəbər yayıldıqdan sonra sosial mediada daha bir ad paylaşıldı.Bu dəfə paylaşımı edən elə jurnalistlər idi.
Əksər başlıq təxminən belə idi: "Nazir getdi,bəs o nə vaxt gedəcək?..."
Oxu24.com bildirir ki,söhbət Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovdan gedir.
O,2018-ci ildən bu vəzifədə olsa da,mətbuatla heç cürə uzlaşa bilmədi.
Jurnalistlər Abubəkirovu zəngi açmayan,sorğuya cavab verməyən biri kimi tanıdı.
Mövzu ilə bağlı Əməkdar jurnalist Ləman Ələşrəfqızı da paylaşım edib.
"Təklif: Teymur Musayev özüylə Pərvizi də götürüb aparsın. Dostumuzu, Abubəkirovu deyirəm",-deyə paylaşım edib.
Sözügedən posta bir çox jurnalist rəy yazıb.
Oxşar paylaşımı jurnalist Famil Fərhadoğlu da edib.O paylaşdığı videoda "Ümid edirəm,Abubəkirov yola salınacaq" qeydini edib.
Jurnalist Arzu Qocayev də bu təkliflə çıxış edib.O da paylaşımında "Pərviz getsin!" şüarını əsas tutub.

"Pərviz Abubəkirov 8 ildir Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. Bu müddət ərzində jurnalist həmkarlarımız tərəfindən onun fəaliyyəti ilə bağlı dəfələrlə tənqidi paylaşımlar edilib. Səbəb isə sadədir: adam nə telefon zənglərinə cavab verir, nə də jurnalist sorğularını cavablandırır",-deyə jurnalist qeyd edib.
Bu paylaşıma da xeyli jurnalist dəstək rəyi bildirib.
Görünən odur ki,medianın böyük qismi Pərviz Abubəkirovun işindən ciddi narazıdır...
Jalə
14:29 / 09 Noyabr 2026
1
14:22 / 09 Noyabr 2026
43
14:17 / 09 Noyabr 2026
44
14:06 / 09 Noyabr 2026
445
14:04 / 09 Noyabr 2026
79
13:44 / 09 Noyabr 2026
492
13:21 / 09 Noyabr 2026
112
13:11 / 09 Noyabr 2026
207
12:57 / 09 Noyabr 2026
1336
12:55 / 09 Noyabr 2026
115
12:40 / 09 Noyabr 2026
214
12:27 / 09 Noyabr 2026
168
12:15 / 09 Noyabr 2026
327
12:03 / 09 Noyabr 2026
1239
11:56 / 09 Noyabr 2026
133
11:56 / 09 Noyabr 2026
209
11:43 / 09 Noyabr 2026
141
11:37 / 09 Noyabr 2026
301
11:34 / 09 Noyabr 2026
128
11:30 / 09 Noyabr 2026
125
11:22 / 09 Noyabr 2026
128
11:09 / 09 Noyabr 2026
601
11:05 / 09 Noyabr 2026
196
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.