Rəis vəfat etdi: 2 ay vəzifədə qaldı
20 Oktyabr 2026, 11:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
61
20.10.2026, 10:35
Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, bu məsələdə mövqeyimiz hər zaman açıq olub: imtahanın çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələri və onların statistik təhlilini görmək lazımdır:
"İmtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssüratlar heç də həmişə real mənzərəni əks etdirmir. Eyni zamanda, konkret suallarla bağlı iradların apellyasiya mexanizmləri vasitəsilə araşdırılması daha məqsədəuyğundur. Lakin diqqətinizi başqa bir məqama yönəltmək istəyirəm. Hazırda Dövlət İmtahan Mərkəzində imtahan proqramları ilə bağlı seminarlar keçirilir. Təəssüf ki, bu müzakirələrdə iştirak səviyyəsi kifayət qədər aşağıdır. Halbuki imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz indidir.
Biz hər il imtahanlardan əvvəl proqramları və imtahan modellərini ictimaiyyətə təqdim edir, müəllimləri, ekspertləri və digər maraqlı tərəfləri müzakirələrə dəvət edirik. Məqsədimiz yalnız məlumatlandırmaq deyil, həm də fərqli fikirləri dinləmək, təklifləri öyrənmək və mümkün suallara əvvəlcədən aydınlıq gətirməkdir".
DİM sədri vurğulayıb ki, ötən il bu məsələyə daha dərindən baxmaq, imtahanlarla bağlı gözləntilərlə imtahandan sonrakı qiymətləndirmələr arasındakı fərqi öyrənmək üçün anonim sorğular da keçirdik:
"Sorğular həm imtahandan əvvəl, həm də sonra aparıldı. Əldə etdiyimiz nəticələri təhlil edərək məqalə şəklində hazırlamışıq və sizinlə bölüşürük. Hər kəsi bu məqaləni oxumağa, təqdim olunan nəticələrlə tanış olmağa və mövzu ətrafında fikir mübadiləsinə dəvət edirəm. İnanıram ki, faktlara və təhlillərə əsaslanan müzakirələr həm mövcud mənzərəni daha düzgün qiymətləndirməyə, həm də qarşılıqlı anlaşmaya kömək edə bilər.
İstərdim ki, imtahanlardan sonra göstərdiyimiz fəallığı imtahanlardan əvvəlki müzakirələrdə də göstərək. Çünki məqsədimiz narazılıqları sadəcə cavablandırmaq deyil, onları yaradan səbəbləri birlikdə araşdırmaq və qiymətləndirmə sistemini daha da təkmilləşdirməkdir".
11:13 / 20 Oktyabr 2026
1
11:10 / 20 Oktyabr 2026
16
11:07 / 20 Oktyabr 2026
31
11:04 / 20 Oktyabr 2026
34
10:49 / 20 Oktyabr 2026
298
10:37 / 20 Oktyabr 2026
114
10:28 / 20 Oktyabr 2026
72
10:20 / 20 Oktyabr 2026
74
10:18 / 20 Oktyabr 2026
60
10:16 / 20 Oktyabr 2026
68
10:11 / 20 Oktyabr 2026
62
10:10 / 20 Oktyabr 2026
65
10:06 / 20 Oktyabr 2026
63
10:00 / 20 Oktyabr 2026
73
09:55 / 20 Oktyabr 2026
68
09:43 / 20 Oktyabr 2026
911
09:41 / 20 Oktyabr 2026
59
09:36 / 20 Oktyabr 2026
200
09:34 / 20 Oktyabr 2026
64
09:09 / 20 Oktyabr 2026
134
09:06 / 20 Oktyabr 2026
64
09:04 / 20 Oktyabr 2026
65
00:26 / 20 Oktyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.