Füzuli Rzaquliyev dünyasını dəyişib
09 Noyabr 2026, 13:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
313
19.10.2026, 16:07
“Son dövrlərdə Türkiyə daxilində ifrat şovinist, radikal millətçi və ksenofob meyillərin sürətlə artması müşahidə olunur ki, bu da ümumilikdə regional sabitliyə mənfi təsir göstərir”.
Oxu24.com xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Türkiyədə mövcud olan radikal siyasi və marjinal qrupların Azərbaycana sərbəst şəkildə keçməsi və ölkəmizdəki gənclər arasında zərərli ideoloji təbliğat aparması qarşısının alınması üçün tədbirlər görülməsini zəruri edir: “Belə bir tədbirlərdən biri də viza rejiminin bərpası məsələsini gündəmə gətirir.
Bu tədbirlərin əsas məqsədi Türkiyədə dövlət strukturlarına, təhsil və maliyyə sisteminə nüfuz edən çoxsaylı dini təriqətlərin Azərbaycandakı fəaliyyətini məhdudlaşdırmaq, ölkəmizin dünyəvi dövlət quruluşunu hədəf almaga cəhd edən dini strukturlara ciddi nəzarət mexanizmi yaradılmasından ibarətdir.
Əvvəllər FETÖ və “Nurçuluq” şəbəkəsi kimi fəaliyyət göstərən qruplar bu gün “mədəniyyət/təhsil dərnəkləri” kimi fərqli adlar altında yenidən Azərbaycana sızmaq cəhdləri müşahidə olunur. “Süleymançılar” və “İsmayıl ağa camaatı” kimi güclü iqtisadi və sosial infrastruktura malik olan bu təriqətlər öz qapalı icma modellərini Azərbaycana daşımaq potensialına malikdirlər”.
Ekspert əlavə edib ki, son günlər baş verən gərginliklər zamanı Türkiyədə indiyədək “Bir millət, iki dövlət” şüarı səsləndirən, əslində isə Azərbaycana qarşı düşmən mövqedə olan və indi açıq şəkildə Azərbaycanda cinayətlərə çağırışlar edən şəxslərin olduğu artıq təsdiqlənmiş faktdır: “Bu qrupların nəzarətsiz gediş-gəlişdən istifadə edərək Azərbaycanda dini-siyasi hüceyrələr qurmasının qarşısı yalnız viza süzgəci ilə alına bilər.
Viza tətbiqi Türkiyədə fəaliyyət göstərən və maliyyə dövriyyəsi şəffaf olmayan bəzi dini fond və dərnəklərdən gələn təhlükənin qarşısını almağın yeganə çıxış yoludur.
Digər tərəfdən isə mətbuatda yer alan kəşfiyyatyönümlü təsir agentləri, saxta profil köçürmələri və ya “nüfuz casusluğu” iddiaları sərhəd nəzarətinin maksimum həddə çatdırılmasını tələb edir. Sərhədlərin yalnız şəxsiyyət vəsiqəsi ilə keçilməsi ölkəyə daxil olan şəxslərin keçmişi və məqsədləri barədə dərindən analiz aparmağa imkan vermir. Elektron viza (e-viza) və ya klassik viza modelinə keçid, milli təhlükəsizlik orqanlarına preventiv nəzarət imkanı qazandıracaq.
Türkiyə ilə Azərbaycan arasındakı “Bir millət, iki dövlət” prinsipi mənəvi və strateji müttəfiqliyi ifadə edir, lakin bizim üçün ən prioritet məsələ dövlət təhlükəsizliyi məsələsidir. Odur ki, Türkiyə daxilində idarəolunmaz həddə çatan təriqətlərarası mübarizə, FETÖ, “Nurçuluq”, “Süleymançılar” kimi şəbəkələrin və ifrat radikal qrupların Azərbaycanın dünyəvi dövlət quruluşuna sızmasının qarşısını almaq üçün viza rejiminin bərpası məsələsi hazırda aktual müzakirə mövzusuna çevrilə bilər.
Azərbaycan tərəfindən tətbiq ediləcək viza rejimi sərhəd və dövlət təhlükəsizliyi məsələsidir, bu iki ölkənin müttəfiqliyinə kölgə salmır, əksinə, Azərbaycanı daxili xaos risklərindən sığortalayır. Hesab edirəm ki, aidiyyəti dövlət strukturları viza rejimi ilə bağlı zəruri olan addımları razılaşdırmalı və onun qısa müddətdə tətbiqi üçün tədbirlər görməlidir”.
13:44 / 09 Noyabr 2026
1
13:21 / 09 Noyabr 2026
55
13:11 / 09 Noyabr 2026
97
12:57 / 09 Noyabr 2026
715
12:55 / 09 Noyabr 2026
86
12:40 / 09 Noyabr 2026
180
12:27 / 09 Noyabr 2026
117
12:15 / 09 Noyabr 2026
279
12:03 / 09 Noyabr 2026
1011
11:56 / 09 Noyabr 2026
120
11:56 / 09 Noyabr 2026
159
11:43 / 09 Noyabr 2026
123
11:37 / 09 Noyabr 2026
266
11:34 / 09 Noyabr 2026
116
11:30 / 09 Noyabr 2026
107
11:22 / 09 Noyabr 2026
116
11:09 / 09 Noyabr 2026
362
11:05 / 09 Noyabr 2026
166
10:55 / 09 Noyabr 2026
228
10:51 / 09 Noyabr 2026
445
10:44 / 09 Noyabr 2026
204
10:38 / 09 Noyabr 2026
267
10:30 / 09 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.