Zaur Rzayevin son vəziyyəti AÇIQLANDI
19 Oktyabr 2026, 16:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
159
19.10.2026, 14:43
Yeni təyin olunmuş nazir Anar Bayramov bu gün Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub. Yeni naziri kollektivə Baş nazirinin müavini Teymur Musayev təqdim edib.
Bu barədə Oxu24.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Təqdimat mərasimində çıxış edən Teymur Musayev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb. O, səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl davam etdirilməsinin, qarşıya qoyulan hədəflərə nail olunması üçün mövcud imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb. Həmçinin bu vəzifələrin icrasında yeni təyin olunmuş səhiyyə nazirinə və nazirliyin kollektivinə uğurlar arzulayıb.
Anar Bayramov ona göstərilən etimada görə təşəkkürünü bildirərək, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. O, səhiyyə sahəsində mövcud imkanlardan səmərəli istifadə olunmasının, fəaliyyətin müasir idarəetmə prinsipləri əsasında təşkilinin və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.
Həmçinin bildirilib ki, dövlət başçısının 19 oktyabr 2026-cı il tarixli “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Qeyd olunan qərarlar ölkədə səhiyyə sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, fəaliyyətin daha səmərəli əlaqələndirilməsi və səhiyyə sisteminin institusional inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklərin səhiyyə sahəsində vahid yanaşmanın gücləndirilməsinə, qurumlararası əməkdaşlığın genişləndirilməsinə və qarşıya qoyulan strateji hədəflərin daha səmərəli həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.
Səhiyyə Nazirliyi qarşıdakı dövrdə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixində imzaladığı müvafiq Sərəncamla Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
16:01 / 19 Oktyabr 2026
1
15:58 / 19 Oktyabr 2026
15
15:51 / 19 Oktyabr 2026
22
15:47 / 19 Oktyabr 2026
56
15:35 / 19 Oktyabr 2026
49
15:21 / 19 Oktyabr 2026
266
14:32 / 19 Oktyabr 2026
674
14:29 / 19 Oktyabr 2026
78
14:17 / 19 Oktyabr 2026
136
14:15 / 19 Oktyabr 2026
95
14:10 / 19 Oktyabr 2026
133
14:09 / 19 Oktyabr 2026
71
13:46 / 19 Oktyabr 2026
88
13:37 / 19 Oktyabr 2026
84
13:27 / 19 Oktyabr 2026
1911
13:22 / 19 Oktyabr 2026
84
13:07 / 19 Oktyabr 2026
1875
13:03 / 19 Oktyabr 2026
89
12:55 / 19 Oktyabr 2026
259
12:54 / 19 Oktyabr 2026
138
12:36 / 19 Oktyabr 2026
104
12:35 / 19 Oktyabr 2026
102
12:25 / 19 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.