Qar yağacaq - PROQNOZ
29 Noyabr 2026, 12:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
919
19.10.2026, 12:04
Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Oxu24.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Anar Bayramov 1975-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirib. O, 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə 1998-ci ildə “MediClub” klinikasında həkim kimi başlayıb. 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, sonradan şirkətin baş direktoru və İdarə Heyətinin sədri olub.
Anar Bayramov 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
2026-cı il aprelin 14-də TƏBİB-in icraçı direktoru təyin olunub.
Qeyd edək ki, Anar Bayramov tibbi sığorta, səhiyyə xidmətlərinin təşkili və sosial müdafiə sahələrində fəaliyyət göstərib.
15:24 / 29 Noyabr 2026
129
12:43 / 29 Noyabr 2026
327
12:03 / 29 Noyabr 2026
156
12:00 / 29 Noyabr 2026
184
11:33 / 29 Noyabr 2026
176
10:55 / 29 Noyabr 2026
173
10:25 / 29 Noyabr 2026
290
10:24 / 29 Noyabr 2026
636
10:00 / 29 Noyabr 2026
366
09:58 / 29 Noyabr 2026
190
09:54 / 29 Noyabr 2026
183
09:15 / 29 Noyabr 2026
192
01:31 / 29 Noyabr 2026
334
01:22 / 29 Noyabr 2026
306
00:11 / 29 Noyabr 2026
420
23:56 / 28 Noyabr 2026
788
23:47 / 28 Noyabr 2026
308
23:36 / 28 Noyabr 2026
1107
23:13 / 28 Noyabr 2026
305
22:57 / 28 Noyabr 2026
289
22:29 / 28 Noyabr 2026
315
22:11 / 28 Noyabr 2026
303
22:01 / 28 Noyabr 2026
292
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.