Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17447
az

Komitə rəsmisi tövsiyə etdi: Məhərrəmlikdə bu əməllərə yol verilməməlidir

22:0502 Sentyabr, 2019
557
CƏMİYYƏT
  • A
Məhərrəmlik mərasimləri qanun çərçivəsində keçirilməli, zəncir vurmaq, baş yarmaq kimi xalqımızın mədəniyyətinə və dinimizə uyğun olmayan əməllərə yol verilməməlidir.

Oxu24.com Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Aşura mərasimləri: ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirədə DQİDK sədrinin müavini Gündüz İsmayılov deyib.

Sədr müavini bildirib ki, Azərbaycan və azərbaycanlılar üçün təkcə din yox, həm də mədəniyyət mənasını ifadə edən İslam bizim mövcudluğumuzu şərtləndirən və təsdiqləyən fakta çevrilib: "Bu nöqteyi-nəzərdən təkcə onu demək kifayətdir ki, Azərbaycanın son 14 əsrlik tarixini, elmini, mədəniyyətini, ədəbiyyatını, məişətini və mənəviyyatını İslamsız təsəvvür etmək mümkün deyil. Milli dəyərlərimiz dini dəyərlərimizlə o qədər bütünləşib ki, onların sərhədlərini müəyyənləşdirmək nəinki çətindir, hətta, mümkünsüzdür".

Sədr müavini qeyd edib ki, elmə, təhsilə, müasirliyə, dünyəviliyə, qadına, ailəyə yüksək dəyər verilməsi, məzhəbçilikdən uzaq olması Azərbaycanda ənənəvi İslamın xarakterik xüsusiyyətləridir və milli mənsubiyyətimiz, mədəniyyətimizlə bağlı hər şeyi inkar etmək və buna İslam prizmasından haqq qazandırmağa çalışmaq qəbuledilməzdir. Komitə rəsmisinin sözlərinə görə, din və etnik məsələ dövlətlərin və siyasi dairələrin məqsəd və hədəflərinə çatmaları üçün "ən yaxşı vasitə", "ən təsirli silah" kimi qalmaqdadır.

Bəzi maraqlı dairələrin təbliğatlarını milli kimliyimizin, hətta milli mədəniyyətimizin, adət-ənənələrimizin inkarı üzərində qurduğunu təəssüflə bildirən G.İsmayılov Aşura mərasimlərində hər hansı siyasi çıxışların olmaması, bu mərasimlərin siyasi alət kimi istifadə edilməməsi və dinimizin sırf mənəvi-ruhi nöqteyi-nəzərdən təbliğ edilməsinin vacibliyinə toxunub.
 
DQİDK sədrinin müavini əlavə edib ki, Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin fətvasına, orada qeyd olunan tövsiyələrə əməl edilməsi vacibdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nikah pozulmadan belə aliment almaq olur -VİDEO
Azərbaycanlı futbolçular Türkiyədə üz-üzə gəldilər
Xəbərdarlıq:Bitki çayı ilə müalicə ölümə səbəb oldu

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO