Qaynar xətt:

(+99450) 247 90 86

“Bismillahir-Rəhmanir-Rəhim” ayəsi bütün surələrin tərkib hissəsi sayılırmı?

2019-09/1567348761_quran_02369.jpg

CƏMİYYƏT

921

01.09.2019, 18:40

\"\" Bu barədə İslam məzhəbləri arasında fikir ayrılıqları vardır. Cəfəri məzhəbinə görə, hər surənin başlanğıcında (Tövbə surəsindən başqa) gələn \"Bismillahir-Rəhmanir-Rəhim\" ayəsi həmin surənin tərkib hissəsi və ilk ayəsi sayılır. Surələri tilavət edərkən, mütləq əvvəldə \"bismillah\" ayəsi oxunmalıdır. Xüsusilə, namaz qılan zaman istər Fatihənin, istərsə də sonrakı surənin əvvəlində mütləq \"Bismillahir-Rəhmanir-Rəhim\" ayəsi tilavət edilməlidir, bu edilməzsə, surə yarımçıq oxunmuş sayılacaq. Əhli-sünnə məzhəbində geniş yayılmış rəyə görə, \"Bismillahir-Rəhmanir-Rəhim\" cümləsi Quran surələrinin tərkib hissəsi sayılmır. Namaz zamanı surələrin əvvəlində bunu söyləməmək də olar və bunun namaza heç bir təsiri yoxdur.