Azərbaycanda binalarla bağlı YENİLİK:Pasport necə veriləcək?
02 Noyabr 2026, 13:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4003
13.10.2026, 11:41
“Azərbaycan vətəndaşları dövlətin qoyduğu bütün qanunlara riayət etməlidir. Qısa və konkret. Təbii ki, Azərbaycan dövləti hicaba qarşı deyil. Sadəcə olaraq, məktəbdə buna icazə verilmir”.
Oxu24.com xəbər verir ki,bunu “Yeni Sabah”a Əməkdar incəsənət xadimi Cahangir Mehdiyev deyib. O bildirib ki, dövlət qanun qoyursa, qərar qəbul edirsə, hər kəs buna əməl etməlidir:
“Məsələnin həm estetik, həm də mənəvi tərəfləri var. Düşünürəm ki, narahatlığa əsas yoxdur. Hamımız dövlətdən nəsə almağa öyrəşmişik, amma onun qanunlarına uyğun hərəkət edə bilmirik. Dünyəvi dövlət olsaq da, uşaq təhsil almaq istəyirsə, cəmiyyətdə bir fərd olmağa hazırlaşırsa, qayda-qanunlara da uyğunlaşmalıdır”.
C. Mehdiyev qeyd edib ki, dünyada hər şey elm üzərində qurulub:
“Dünyada təhsildən gözəl şey yoxdur. Hər şey elm üzərində qurulur, inkişaf edir. Öyrənmək, oxumaq lazımdır. Təhsil tək məktəbə deyil, bütün cəmiyyətə aiddir. Dünyaya da oxumaq və öyrənmək üçün gəlmişik. Elementar geyim qaydalarına əməl edə bilmiriksə, hansı təhsildən danışmalıyıq? Göydə Tanrı, yerdə qanundur, deyirlər. Əsas imtahanı o biri dünyada verəcəyik. Orada məlum olacaq, keçib-keçməyəcəyimiz”.
Məsələyə münasibət bildirən Xalq yazıçısı Kamal Abdulla isə bildirib ki, dövlətin qoyduğu bütün qanunları həyata keçirəcək:
“Mənim fikrim odur ki, dövlət hansı qərarı qəbul edərsə, mən də bir rektor kimi o qanunları tətbiq edəcəyəm”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə edilən dəyişikliklər məktəbli geyimləri ilə bağlı tələbləri bir daha müəyyənləşdirib. Dəyişikliklərə əsasən, təsdiq olunmuş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən geyim elementlərindən istifadəyə icazə verilmir. Bununla yanaşı, milli geyimlərdən və onların elementlərindən Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı əsasında istifadə oluna bilər.
Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb.
14:09 / 02 Noyabr 2026
1
13:55 / 02 Noyabr 2026
40
13:44 / 02 Noyabr 2026
83
13:35 / 02 Noyabr 2026
57
13:25 / 02 Noyabr 2026
368
13:21 / 02 Noyabr 2026
111
13:19 / 02 Noyabr 2026
142
13:18 / 02 Noyabr 2026
67
13:13 / 02 Noyabr 2026
86
12:59 / 02 Noyabr 2026
97
12:49 / 02 Noyabr 2026
775
12:46 / 02 Noyabr 2026
92
12:43 / 02 Noyabr 2026
85
12:39 / 02 Noyabr 2026
87
12:37 / 02 Noyabr 2026
150
12:32 / 02 Noyabr 2026
191
12:20 / 02 Noyabr 2026
105
12:13 / 02 Noyabr 2026
80
12:08 / 02 Noyabr 2026
240
12:04 / 02 Noyabr 2026
93
12:00 / 02 Noyabr 2026
163
11:50 / 02 Noyabr 2026
977
11:30 / 02 Noyabr 2026
396
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.