Müəllimlərlə bağlı nazir müavinindən AÇIQLAMA
02 Noyabr 2026, 14:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4136
13.10.2026, 00:44
Azərbaycanda əhali üçün təbii qazın illik istehlakına görə üç tarif pilləsi tətbiq olunur. İllik 1200 kubmetrədək istehlakın hər kubmetri 12,5 qəpik, 1200–2500 kubmetr aralığındakı hissəsi 22 qəpik, 2500 kubmetrdən artıq işlədilən hissə isə 30 qəpiklə hesablanır. Bundan əlavə, 2026-cı il yanvarın 1-dən əhali abonentləri üçün aylıq 1 manat sabit tarif də tətbiq edilir.
Xüsusilə qış aylarında dağlıq və soyuq iqlimli rayonlarda yaşayan əhalinin istilik ehtiyacları ilə əlaqədar qaz istehlakının artması kommunal xərcləri də yüksəldə bilir. Belə ərazilərdə qaz limitlərinə yenidən baxılması, daha çox istehlak edən abonentlər üçün güzəştli tariflərin tətbiqi məsələsi yenidən gündəmə gəlib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, qaz istehlakına diferensial yanaşma tətbiq edilməli, qazdan daha çox istifadə olunan rayonlarda daha aşağı tariflər nəzərdən keçirilməlidir:
“Bütövlükdə, qaz limitlərinə diferensial yanaşma, qaz istehlakının çox olduğu rayonlarımızda daha ucuz tariflərin tətbiq olunmasını təklif edirik. Çünki bəzi dağlıq bölgələrimiz də havalar uzun müddət çox sərt keçir. Həmin ərazilərdə təbii qazdan daha çox istifadə olunur. Buna görə də qış mövsümündə həmin ərazilərdə yaşayan insanların istehlakının və xərclərinin artdığını müşahidə edirik. Bu baxımdan, xüsusilə daha çox mavi qaz istifadə edən və ya hava şəraiti daha sərt olan rayonlarımız üçün güzəştlərin tətbiqi məqsədəuyğundur. Praktiki olaraq, bu, həmin bölgələrdə insanların xərclərinin azalmasına, eyni zamanda, təbii qazdan daha çox istifadəsinə gətirib çıxara bilər”.
Deputat digər kommunal xidmətlər üzrə də gecə və gündüz tariflərinin tətbiqini məqsədəuyğun hesab edir. O bildirib ki, bu təcrübədən inkişaf etmiş ölkələrdə istifadə olunur:
“Təbii qazdan başqa, digər kommunal xidmətlərlə bağlı da gecə və gündüz tariflərinin tətbiqi məqsədəuyğun ola bilər. Xüsusilə bu praktikadan inkişaf etmiş ölkələrdə istifadə olunur. Nəticədə sutkanın müəyyən hissəsində vətəndaşlarımız kommunal xidmətlərdən daha aşağı tariflərlə və daha ucuz qiymətə istifadə edə bilərlər”.
14:22 / 02 Noyabr 2026
54
14:20 / 02 Noyabr 2026
86
14:09 / 02 Noyabr 2026
49
13:55 / 02 Noyabr 2026
59
13:44 / 02 Noyabr 2026
107
13:35 / 02 Noyabr 2026
67
13:25 / 02 Noyabr 2026
449
13:21 / 02 Noyabr 2026
135
13:19 / 02 Noyabr 2026
414
13:18 / 02 Noyabr 2026
75
13:13 / 02 Noyabr 2026
103
12:59 / 02 Noyabr 2026
103
12:49 / 02 Noyabr 2026
850
12:46 / 02 Noyabr 2026
101
12:43 / 02 Noyabr 2026
90
12:39 / 02 Noyabr 2026
93
12:37 / 02 Noyabr 2026
163
12:32 / 02 Noyabr 2026
208
12:20 / 02 Noyabr 2026
112
12:13 / 02 Noyabr 2026
87
12:08 / 02 Noyabr 2026
253
12:04 / 02 Noyabr 2026
99
12:00 / 02 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.