Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17373
az

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

19:2131 Avqust, 2019
739
CƏMİYYƏT
  • A
 

Avqustun 31-i səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə avqustun 31-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı enib, şimşək çaxıb, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında: Astarada 58 mm (aylıq normanın 70 faizi), Yardımlıda 10 mm, Lerikdə 9 mm, Biləsuvarda 3 mm, Neftçalada 0.8 mm; Böyük Qafqazda: Oğuzda 6 mm, Qəbələdə 5 mm, Sarıbaşda (Qax), Kişçayda (Şəki) 4 mm, Balakən, Zaqatala, Qırızda 3 mm, Xınalıq, Altıağac, Xaltanda 2 mm, Şəki, İsmayıllı, Mərəzə, Qubada 1 mm, Şabran, Qusar, Xaçmazda 0.0-0.7 mm; Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 10 mm (aylıq normanın 66 faizi), Tərtərdə 5 mm, Zərdabda 3 mm, Beyləqanda 2 mm, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Sabirabad, Salyan, Qazıməmməddə 0.4-0.7 mm; Qazax-Gəncə zonasında: Ağdamda 8 mm, Naftalan, Şəmkirdə 3 mm, Tovuzda 2 mm, Ceyrançöl, Gəncədə 1 mm; Kiçik Qafqazda: Göygöldə 7 mm, Daşkəsəndə 6 mm, Gədəbəydə 5 mm; Naxçıvan MR-da: Ağdərədə (Ordubad) 2 mm, Sədərək, Şahbuzda 1 mm, Şərur, Naxçıvanda 0.0-0.3 mm; Sumqayıt və Bakıda qısamüddətli yağış yağıb. Sentyabrın 1-i səhərədək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Sentyabrın 1-də gündüz yağıntıda fasilə proqnozlaşdırılır. Sentyabrın 2-dən 4-ü gündüzədək yenidən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ayın ilk günü hava necə olacaq? -PRQONOZ
İtkin düşən gənc tapıldı
Gəncədə ağır qəza: ölən var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü