“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
02 Noyabr 2026, 11:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
339
12.10.2026, 23:01
Azərbaycanda İslam dininə dövlət qayğısı ibadət yerlərinin bərpası ilə yanaşı, din xadimlərinin sosial təminatını, dini icmaların fəaliyyətinin dəstəklənməsini və milli-mənəvi irsin qorunmasını da əhatə edir.
Oxu24.com xəbər verir ki,bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Vasif Qafarov deyib.
Onun sözlərinə görə, 2020-2026-cı illərdə həyata keçirilən tədbirlər dini-mənəvi dəyərlərin yaşadılmasına və cəmiyyətdə mənəvi həmrəyliyin möhkəmləndirilməsinə xidmət edib.
Deputat qeyd edib ki, hazırda Azərbaycanda 2 389 məscid var və bu ibadət yerlərində eyni vaxtda təxminən 600 min insan ibadət edə bilər. Son illərdə dövlətin dəstəyi ilə ölkənin müxtəlif bölgələrində məscidlər və ziyarətgahlar bərpa olunub.
V.Qafarov vurğulayıb ki, bu işlərin əhəmiyyəti yalnız dini tikililərin yenilənməsi ilə məhdudlaşmır. Bərpa olunan hər bir məscid və ziyarətgah xalqın tarixi yaddaşının, mədəni irsinin və mənəvi bağlılığının qorunmasına töhfə verir.
Deputatın fikrincə, bu siyasət işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət daşıyır. Şuşada Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı və digər məscidlərdə, Ağdamın Cümə məscidində, eləcə də başqa dini abidələrdə aparılan bərpa işləri Qarabağın tarixi-mədəni simasının dirçəldilməsinin mühüm hissəsidir. Şuşada yeni məscidin inşası isə azad edilmiş ərazilərdə dini həyatın və şəhər mühitinin gələcək inkişafının təmin edilməsinə xidmət edir.
V.Qafarov bildirib ki, dövlət qayğısının digər mühüm istiqaməti din xadimlərinin və dini qurumların dəstəklənməsidir:
"Hazırda 1 204 din xadiminə maddi yardım göstərilir. Bundan əlavə, 2025-ci ildə Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə 1 197 din xadiminə birdəfəlik maddi yardım verilib".
O əlavə edib ki, dini konfessiyalara ayrılan dövlət maliyyə dəstəyi də artıb. Belə ki, 2020-ci ildə 3,25 milyon manat təşkil edən illik dəstəyin həcmi 2026-cı ildə 6,3 milyon manata çatıb.
Deputatın sözlərinə görə, dövlət siyasətinin mühüm nəticələrindən biri dini dəyərlərin qorunması ilə dövlətçilik maraqlarının və ictimai birliyin uzlaşdırılmasıdır. Hazırda Azərbaycanda dövlət qeydiyyatından keçmiş 994 dini icma fəaliyyət göstərir ki, onların 956-sı İslam dini icmalarıdır.
“Bu göstəricilər ölkədə dini həyatın institusional əsaslarının genişləndiyini və dini icmaların fəaliyyətinə diqqətin davamlı xarakter daşıdığını göstərir”, - deyə V.Qafarov qeyd edib.
O vurğulayıb ki, 2020-2026-cı illərdə görülən işlərə ayrı-ayrı layihələr kimi deyil, milli-mənəvi irsin qorunmasına və dini icmaların fəaliyyətinin dəstəklənməsinə yönəlmiş ardıcıl dövlət siyasətinin tərkib hissəsi kimi yanaşmaq lazımdır.
Deputatın fikrincə, bu siyasət Azərbaycanın tarixi irsinə sahib çıxmasının, dini dəyərlərə hörmətin və cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsinin mühüm göstəricisidir.
11:14 / 02 Noyabr 2026
1
11:08 / 02 Noyabr 2026
23
11:05 / 02 Noyabr 2026
29
11:03 / 02 Noyabr 2026
45
10:50 / 02 Noyabr 2026
182
10:46 / 02 Noyabr 2026
66
10:39 / 02 Noyabr 2026
56
10:28 / 02 Noyabr 2026
104
10:20 / 02 Noyabr 2026
184
10:09 / 02 Noyabr 2026
739
10:03 / 02 Noyabr 2026
90
09:27 / 02 Noyabr 2026
494
09:23 / 02 Noyabr 2026
112
09:21 / 02 Noyabr 2026
90
09:20 / 02 Noyabr 2026
80
02:55 / 02 Noyabr 2026
333
01:12 / 02 Noyabr 2026
182
00:41 / 02 Noyabr 2026
285
00:26 / 02 Noyabr 2026
288
00:06 / 02 Noyabr 2026
593
23:52 / 01 Noyabr 2026
1372
23:45 / 01 Noyabr 2026
2165
23:40 / 01 Noyabr 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.