Nazir onu vəzifədən AZAD ETDİ
02 Noyabr 2026, 15:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
260
12.10.2026, 21:38
Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiyası, eləcə də hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Oxu24.com -a verilən xəbərə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazasında təşkil olunan tədbirdə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən general-mayor Zaur Rüstəmov təlimin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.
Bildirilib ki, müştərək taktiki-uçuş təlimi ölkələrimiz arasında imzalanmış "Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclasının Protokolu"na əsasən təşkil olunub.
Tədbirin proqramına uyğun olaraq iştirakçılara təlimin ssenarisi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.
Sonra HHQ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Qarşılıqlı hədiyyə mübadiləsi aparıldıqdan və xatirə fotosu çəkdirildikdən sonra aviasiya vasitələrinə baxış keçirilib.


15:18 / 02 Noyabr 2026
2
15:14 / 02 Noyabr 2026
19
15:10 / 02 Noyabr 2026
32
15:01 / 02 Noyabr 2026
38
14:59 / 02 Noyabr 2026
44
14:22 / 02 Noyabr 2026
153
14:20 / 02 Noyabr 2026
167
14:09 / 02 Noyabr 2026
80
13:55 / 02 Noyabr 2026
82
13:44 / 02 Noyabr 2026
146
13:35 / 02 Noyabr 2026
84
13:25 / 02 Noyabr 2026
608
13:21 / 02 Noyabr 2026
171
13:19 / 02 Noyabr 2026
845
13:18 / 02 Noyabr 2026
85
13:13 / 02 Noyabr 2026
124
12:59 / 02 Noyabr 2026
116
12:49 / 02 Noyabr 2026
946
12:46 / 02 Noyabr 2026
109
12:43 / 02 Noyabr 2026
96
12:39 / 02 Noyabr 2026
102
12:37 / 02 Noyabr 2026
194
12:32 / 02 Noyabr 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.