Şəhərdəki görüntüləri tənqid etdi: "Biabırçılıqdır"
01 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
657
12.10.2026, 17:47
İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də ölkəmizə səfərə gəlib.
Oxu24.com xəbər verir ki, İskəndər Momeni və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İskəndər Momeni və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb. O, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi və ikitərəfli əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın Daxili İşlər Nazirliyinin maraqlı olduğunu bildirib.
Daha sonra nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verib, bildirib ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.
İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeni transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini qeyd edib, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiyini vurğulayıb.
Görüşdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu iştirak edib.
19:59 / 01 Noyabr 2026
36
19:55 / 01 Noyabr 2026
53
19:50 / 01 Noyabr 2026
126
19:36 / 01 Noyabr 2026
48
19:28 / 01 Noyabr 2026
66
19:15 / 01 Noyabr 2026
198
19:09 / 01 Noyabr 2026
116
19:01 / 01 Noyabr 2026
708
19:00 / 01 Noyabr 2026
73
18:57 / 01 Noyabr 2026
85
18:24 / 01 Noyabr 2026
71
17:00 / 01 Noyabr 2026
86
16:37 / 01 Noyabr 2026
543
16:29 / 01 Noyabr 2026
471
16:23 / 01 Noyabr 2026
105
16:18 / 01 Noyabr 2026
825
16:14 / 01 Noyabr 2026
875
16:10 / 01 Noyabr 2026
127
15:58 / 01 Noyabr 2026
735
14:19 / 01 Noyabr 2026
103
12:12 / 01 Noyabr 2026
152
12:03 / 01 Noyabr 2026
694
11:35 / 01 Noyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.