Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda nazirdən nümunəvi addım: Şəhid oğluna hədiyyə verib,alnından öpdü

2019-08/1567239911_19_08_31_1567238580.jpg

CƏMİYYƏT

976

31.08.2019, 12:26

\"\" 
Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə aprel şəhidi Raquf Orucovun oğlu Nihad Orucova planşet hədiyyə edib. Oxu24.com  xəbər verir ki, bu barədə məktəblinin qohumları sosial şəbəkədə məlumat paylaşıb. Bildirilir ki, 3 ay bundan öncə Nihad Orucov nazirlə görüşündə məktəbdə istifadə etdiyi planşetin köhnə olduğunu deyib. Nazir isə yeni dərs ilində ona təzə planşet hədiyyə edəcəyinə söz verib və buna əməl edib. Qeyd edək ki, N.Orucov orta məktəbdə oxuyur. Şəhidin böyük oğlu Aqşin Orucov isə Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsinin qazisi Raquf Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Həmçinin oxu: Toyda biabırçılıq:Azərbaycanlı rəqqasə sinəsini açıb,görün nə etdi+VİDEO