"Azərbaycanda hicaba qadağa yoхdur" - Sədr AÇIQLAMA VERDİ
12 Oktyabr 2026, 15:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
190
12.10.2026, 14:40
Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var. İnanclı insanlara və dinə münasibət heç kimə sirr deyil ki, bir mənalıdır. Azərbaycan cəmiyyətində inanclı insanlar ən ali təbəqənin nümayəndələri hesab edilməklə bütün məclislərdə və ümumi toplantılarda rəğbətlə qarşılanıblar. Dinə və onun daşıyıcılarına hörmət və ehtiramdan kimlərinsə sui-istifadə edərək cəmiyyətdə çaşqınlıq yaratmaq istəməsi, ictimai narazılıq yaratmaq cəhdləri yol verilməzdir.
Bunu Oxu24.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü,jurnalist və tanınmış şair Şəmsi Vəfadar bildirib.
Şəmsi Vəfadarın bildirdiyinə görə,Nazirlər Kabinetinin 06.10.2026-cı il tarixli, 325 nömrəli Qərarında hicab sözü yer almayıb. Həmin Qərarın 1.6-cı bəndində isə deyilir ki, təhsil verənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsiplərinə uyğun olmalıdır. Bu tələb yalnız dövlət ümumi təhsil müəssisələrində əmək funksiyalarını yerinə yetirən müddətdə müəllim və şagirdlərin məktəbi təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə keçərlidir.
"Yəni, bu o deməkdir ki, həmin tələb təhsil verənlərin və şagirdlərin məktəbdən kənarda hər hansı şəxsi seçimlərinə təsir göstərə bilməz. Onu da qeyd etmək vacibdir ki, bu tələb Azərbaycan Respublikasının Konstitusiyasında da yer alıb. Konstitusiyamızın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 18-ci maddədə isə göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır.
Dövlət təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Konstitusiyamızın 48-ci maddəsində isə əksini tapıb ki, hər kəsin vicdan azadlığı vardır. Eyni zamanda həmin maddənin 4-cü bəndində deyilir ki, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Bu yanaşma digər inkişaf etmiş ölkələrdə də mövcuddur.
Pedaqoji baxımdan götürsək də, görərik ki, bir sinifdə ayrı-ayrı ailələrin müxtəlif baxışlı uşaqları əyləşir. Müəllimin neytral görünüşü – heç bir uşağın özünü kənar hiss etməməsinə səbəb olmamalıdır.
Qurani-Kərimdə bütün bunlarla səsləşən maraqlı tezislər yer alıb. Bəqərə surəsində buyurulur ki, dində məcburiyyət yoxdur. Digər ayədə isə göstərilir ki, Ey iman gətirənlər, əhdlərinizi yerinə yetirin. Dövlət məktəbində işləmək könüllü əmək müqaviləsinə əsaslanır. Qaydalara əməl etmək əslində sadiqlik əlamətidir. Nisan surəsi 59-cu ayədə göstərilir ki, Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin. Yəni, bu o deməkdir ki, qanuna hörmət – cəmiyyətdə nizamın tələbidir. Unutmamalıyıq ki, din – iman insanlarla Allah arasındadır.
Nəticə etibarı ilə bu qənaətə gəlmək olar ki, Nazirlər Kabinetinin məlum qərarı dinə qarşı deyil, məktəblərin neytrallığını qorumaq üçündür. Yəni, qərar imana, dinə yox, yalnız iş vaxtı geyiminə aiddir. Dərs otağı şagirdlərin ortaq evidir. Baş örtüyündən istifadə edən və etməyən, hicab bağlayan hər bir müəllimə hörmətə layiqdir.
Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. Bu səbəbdən verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimin təmin olunması və məktəbə aidliyin qorunmasıdır. Məktəb yalnız təhsil deyil, həm də tərbiyə ocağıdır. Əlbətdə, məktəbdən kənarda hər kəs istədiyi geyim formasında öz dini inancını davam etdirə bilər, buna görə heç bir məhdudiyyət mövcud deyil. Sözsüz ki, biz hamımız bilirik ki, Azərbaycanda insanların hansı dinə mənsub olmaları onların öz seçimidir.
Heç bir özəl və ya dövlət müəssisəsində işə götürənlə işçi arasında mütləq şəkildə müqavilə bağlayanların borcu imzaladıqları müqavilənin müddəalarına əməl etməkdir. Sonda demək istəyirəm ki, Azərbaycan qanunlarına əməl etmək hər bir Azərbaycan vətəndaşının borcudur",-deyə Şəmsi Vəfadar bildirib.
Jalə
15:36 / 12 Oktyabr 2026
84
15:30 / 12 Oktyabr 2026
42
15:22 / 12 Oktyabr 2026
550
15:21 / 12 Oktyabr 2026
51
15:15 / 12 Oktyabr 2026
143
15:07 / 12 Oktyabr 2026
128
15:06 / 12 Oktyabr 2026
382
14:58 / 12 Oktyabr 2026
351
14:56 / 12 Oktyabr 2026
78
14:52 / 12 Oktyabr 2026
2517
14:34 / 12 Oktyabr 2026
54
14:27 / 12 Oktyabr 2026
194
14:25 / 12 Oktyabr 2026
134
14:17 / 12 Oktyabr 2026
1133
14:11 / 12 Oktyabr 2026
89
14:04 / 12 Oktyabr 2026
1250
13:54 / 12 Oktyabr 2026
32
13:51 / 12 Oktyabr 2026
98
13:40 / 12 Oktyabr 2026
88
13:30 / 12 Oktyabr 2026
3410
13:26 / 12 Oktyabr 2026
129
13:21 / 12 Oktyabr 2026
138
13:13 / 12 Oktyabr 2026
567
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.