Bu məktəbin müəllimi VƏFAT ETDİ
01 Noyabr 2026, 23:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
702
12.10.2026, 14:27
İran qadınları bunun üçün 50 il mübarizə apardılar. Düz 50 il öz azadlıqlarını, seçim hüquqlarını əldə etmək üçün döyüşdülər. Hicablarını çıxarmaq, necə geyinəcəklərinə özləri qərar vermək, azad yaşamaq uğrunda mübarizə apardılar.
Bu gün isə İrandakı bəzi qüvvələr Azərbaycanda hicabın məktəblərdə dominant olması üçün ideoloji mübarizə aparırlar.
İran öz ölkəsində uduzduğu davanı Azərbaycanda aparmaq istəyir!
Azərbaycan qadını!
Sən bu azadlığı Şərqdə ilk qazanmısan! Sən Şərqdə öz hüquqları uğrunda mübarizə aparan, təhsil almaq, seçmək və cəmiyyətin bərabərhüquqlu üzvü olmaq haqqını əldə edən ilk qadınların varisisən!
İndi də azadlığına sahib çıx!
Oxu, öyrən!
Səni məktəb partasına belə hicabla göndərmək istəyənlərə etiraz et! Məktəbli formanı geyin, gəncliyindən, gözəlliyindən, gözəl saçlarından zövq al!
Dostların, məktəb yoldaşların kimi oxu, oyna, gül, azad ol, gözəl böyü!
Qarşında böyük bir dünya var. Səni dünyanın ən yaxşı universitetləri, yeni texnologiyalar, elm, böyük imkanlar və tamam fərqli bir gələcək gözləyir.
50 il sonra bu gün İran qadınlarının apardığı mübarizəni aparmaq məcburiyyətində qalmamaq üçün bu gün azadlığına sahib çıx!
Məktəbli formanı geyin, dünyəvi təhsil al, bilik və bacarıqlarınla gələcəyini qur!
Qərarı sən ver!
Sənin nə geyinəcəyin, necə oxuyacağın, necə yaşayacağın barədə qərarı bu gün sənin məktəbli forman üzərindən ideoloji dava aparan kişilərə buraxma!
Bu, sənin həyatındır. Sənin təhsilindir. Sənin gələcəyindir. Sənin azadlığındır!
Azadlığına sahib çıx!
23:27 / 01 Noyabr 2026
18
23:25 / 01 Noyabr 2026
39
23:14 / 01 Noyabr 2026
67
23:00 / 01 Noyabr 2026
188
22:56 / 01 Noyabr 2026
68
22:04 / 01 Noyabr 2026
74
21:49 / 01 Noyabr 2026
98
21:49 / 01 Noyabr 2026
84
21:26 / 01 Noyabr 2026
211
21:14 / 01 Noyabr 2026
237
20:55 / 01 Noyabr 2026
146
20:49 / 01 Noyabr 2026
100
20:35 / 01 Noyabr 2026
659
20:24 / 01 Noyabr 2026
134
20:20 / 01 Noyabr 2026
316
19:59 / 01 Noyabr 2026
153
19:55 / 01 Noyabr 2026
199
19:50 / 01 Noyabr 2026
449
19:36 / 01 Noyabr 2026
137
19:28 / 01 Noyabr 2026
108
19:15 / 01 Noyabr 2026
398
19:09 / 01 Noyabr 2026
221
19:01 / 01 Noyabr 2026
1510
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.