Bu məktəbin müəllimi VƏFAT ETDİ
01 Noyabr 2026, 23:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
11519
12.10.2026, 13:30
Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə, sənəddə hicabla bağlı hər hansı xüsusi və konkret qadağanın nəzərdə tutulmadığı aydın görünür. Təhsil ocaqlarında idman və ya açıq-saçıq üslublara məhdudiyyət qoyulması ümumi nizam-intizam qaydasıdır. Bununla belə, hər bir təsisatın daxili qaydaları tətbiq edilərən vətəndaşların konstitusion hüquqları və qanunvericilik əsas götürülməlidir.
Bu sözləri Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Professor, Xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimov Oxu24.com saytına açıqlamasında bildirib.
Xalq artistinin sözlərinə görə, cəmiyyətin dayanıqlığı həm dindar, həm də qeyri-dindar vətəndaşların seçimlərinə, inanclarına və dünyagörüşünə qarşılıqlı hörmətdən keçir. İnanc və ibadəti özünə həyat tərzi seçmiş insanların hisslərini aşağılamaq cəmiyyətdə yalnız lüzumsuz gərginliyə yol açır. Eyni zamanda unutmaq olmaz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərə, xüsusən də azad edilmiş torpaqlarımızda məscidlərin bərpasına daim yüksək diqqət göstərilib.
M.İbrahimov qeyd edib ki, Tarixinin ən şanlı dövrünü yaşayan, torpaqlarını həmrəylik və şəhidlərin qanı bahasına azad edən Azərbaycan bu gün qlobal təhdidlərlə dolu həssas bir dünyada yer alır. Belə bir məqamda daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz. Ən kəskin fikir ayrılıqları belə sağlam dialoq, təmkin və qarşılıqlı hörmət çərçivəsində həll olunmalıdır. Dövlətimizin möhkəmliyi və birliyimiz hər birimiz üçün ən ali dəyər olaraq qalmalıdır.
Turan Etibaroğlu
23:40 / 01 Noyabr 2026
1
23:27 / 01 Noyabr 2026
59
23:25 / 01 Noyabr 2026
145
23:14 / 01 Noyabr 2026
90
23:00 / 01 Noyabr 2026
245
22:56 / 01 Noyabr 2026
73
22:04 / 01 Noyabr 2026
83
21:49 / 01 Noyabr 2026
110
21:49 / 01 Noyabr 2026
89
21:26 / 01 Noyabr 2026
221
21:14 / 01 Noyabr 2026
253
20:55 / 01 Noyabr 2026
150
20:49 / 01 Noyabr 2026
103
20:35 / 01 Noyabr 2026
680
20:24 / 01 Noyabr 2026
139
20:20 / 01 Noyabr 2026
320
19:59 / 01 Noyabr 2026
156
19:55 / 01 Noyabr 2026
205
19:50 / 01 Noyabr 2026
463
19:36 / 01 Noyabr 2026
142
19:28 / 01 Noyabr 2026
112
19:15 / 01 Noyabr 2026
407
19:09 / 01 Noyabr 2026
229
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.