Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17344
az

SOCAR-dan vətəndaşlara XƏBƏRDARLIQ — ALDANMAYIN

19:5230 Avqust, 2019
656
CƏMİYYƏT
  • A
 Bəzi işbazlar vətəndaşları aldatma yolu ilə pul alaraq yalandan SOCAR-a işə düzəldəcəkləri ilə bağlı əhaliyə bir daha xəbərdarlıq edib.
Oxu24.com” xəbər verir ki, bu barədə SOCAR İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, müəyyən şəxslər SOCAR adı ilə saxta saytlar açaraq,  insanları guya SOCAR-da işə düzəldəcəklərinə söz verir və bu adla pul yığırlar. Nəticədə isə insanlar aldanır.

“Anlatmaqdan yorulduq ki, aldanmayın. Aldanılmaq davam edir. Yenə vətəndaşlar gəlir ki, bəs biz sənəd vermişik və müsabiqə mərhələlərindən keçmişik, hələ ödəniş də etmişik, özü də bank yolu ilə pulumuzu  köçürmüşük. Sonra isə məlum olur ki, insanlar aldadılıb, yəni,  SOCAR, karyera və s. adı ilə müxtəlif ünvanlardan insanlara mesajlar göndərilməklə sənədlərini qəbul edib yazışmalar apararaq aldadılırlar. Nə qədər demək olar ki, SOCAR-da işə qəbul mərhələsinin heç birində ödəniş yoxdur!”
 Departament rəisi əlavə edib ki, heç olmasa bu kimi hallarla rastlaşanda [email protected] yazıb şübhəli məsələlər barədə məlumat alın. İRD-də sağlam təfəkkürlü kollektiv çalışır və adımıza ləkə gətirənlər burada çalışa bilməz.

“Məlumat üçün bildirim ki, 2011-ci ildə İnsan Resursları Departamenti yaranandan və işə qəbul prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsindən bu vaxta qədər 9300 nəfərə yaxın vətəndaş müsabiqədə iştirak edərək müvəffəqiyyət qazanmış və hal-hazırda SOCAR-ın 27 müəssisə və təşkilatında müxtəlif fəaliyyət istiqamətləri üzrə işləyir və neft qaz sənayesinə öz töhfələrini verirlər. İRD yaranandan bu vaxtadək müsabiqə əsasında seçilmiş vətəndaşların səriştəlilik və bacarıqları ilə bağlı hər hansı ciddi şikayət və ya narazıçılıq halları qeydə alınmamışdır. Bu isə öz növbəsində SOCAR-da təşkil olunan müsabiqələrin keyfiyyət və səmərəlilik göstəricisidir”-A.Bəkilri qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq
Hər gün içmək bu xəstəliklərə yol açır - SİYAHI
Təcili yardım maşını piyadanı vuraraq öldürdü

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
Gömrük Komitəsi “FAB Boya” şirkətini cərimələdi- İş məhkəmədədir