Gündə bir ovuc kifayətdir: Yuxu və xoşbəxtlik hormonu
09 Noyabr 2026, 01:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
551
29.09.2026, 18:59
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb.
Oxu24.com xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsində hazırlanan cavab məktubunun vətəndaşlara təqdim edilməsi kağız daşıyıcıda həyata keçirilirdisə, hazırda bu proses onlayn qaydada təşkil olunur.
"Mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan fiziki və hüquqi şəxslərin müraciəti əsasında həyata keçirilən bu xidmət torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi, dəqiqləşdirilməsi və döngə (sərhəd xarakterik) nöqtələrinin koordinatlarının təyin olunması üzrə kadastr işlərini əhatə edir.
Bu xidmətin əsas mahiyyəti texniki sənədlərdə qeyd olunmuş döngə nöqtələrinin müasir geodeziya ölçü cihazları və alətləri vasitəsilə bilavasitə yer üzərində dəqiq koordinatlarla təyin edilməsi və mülkiyyətçiyə əyani şəkildə nümayiş etdirilərək tanıdılmasıdır. Bu prosedur qonşu torpaqlarla yaranacaq sərhəd kəsişmələrinin və hüquqi mübahisələrin qarşısını alır, habelə tikinti işlərindən əvvəl ərazinin dəqiq nöqtələrini nişanlamağa imkan verir.
Yeniliyə əsasən, vətəndaşlar İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (https://e-services.economy.gov.az) vasitəsilə xidmətə onlayn qaydada müraciət edə bilərlər. Müraciətin icrası başa çatdıqdan sonra hazırlanan rəsmi cavab məktubu müraciət edən şəxsə elektron formada, xüsusi link vasitəsilə ünvanlanır.
Tətbiq edilən elektronlaşma xidmətə əlçatanlığı artırmaqla yanaşı, vətəndaşların əlavə xərclərini və vaxt itkisini aradan qaldıraraq xidmətdən istənilən məkandan onlayn müraciətə şərait yaradır", - məlumatda bildirilir.Oxu.Az
01:20 / 09 Noyabr 2026
25
01:10 / 09 Noyabr 2026
77
01:06 / 09 Noyabr 2026
42
00:58 / 09 Noyabr 2026
114
00:50 / 09 Noyabr 2026
78
00:29 / 09 Noyabr 2026
306
00:25 / 09 Noyabr 2026
202
00:21 / 09 Noyabr 2026
76
00:17 / 09 Noyabr 2026
72
00:12 / 09 Noyabr 2026
80
23:49 / 08 Noyabr 2026
89
23:45 / 08 Noyabr 2026
101
23:18 / 08 Noyabr 2026
827
23:14 / 08 Noyabr 2026
126
23:09 / 08 Noyabr 2026
193
23:07 / 08 Noyabr 2026
150
22:35 / 08 Noyabr 2026
389
22:32 / 08 Noyabr 2026
189
22:16 / 08 Noyabr 2026
127
22:07 / 08 Noyabr 2026
147
22:07 / 08 Noyabr 2026
153
21:56 / 08 Noyabr 2026
129
21:55 / 08 Noyabr 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.