40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
08 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1175
29.09.2026, 16:58
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Oktyabr ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-19°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 13-18°C, gündüzlər 18-23°C, bəzi günlərdə 25-27°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-40 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 16-19°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17°C isti, gündüzlər 23-28°C, bəzi günlərdə 30-33°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 19-32 mm) gözlənilir.
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 9-13°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 5-10°C, gündüzlər 13-18°C, bəzi günlərdə 23-25°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 47-56 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9°C, gündüzlər 12-17°C, bəzi günlərdə 19-24°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 53-56 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 15-18°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər 19-24°C, bəzi günlərdə 26-28°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-36 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 13-16°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 9-14°C, gündüzlər 17-22°C, bəzi günlərdə 25-28°C isti, dağlarda gecələr 2-7°C isti, gündüzlər 7-12°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 33-126 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 17-19°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18°C, gündüzlər 19-24°C, bəzi günlərdə 26-29°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-46 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 15-18°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18°C, gündüzlər 18-23°C, bəzi günlərdə 26°C isti, dağlarda gecələr 5-10°C isti, gündüzlər 12-17°C isti, bəzi günlərdə 20-24°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 96-274 mm).
23:49 / 08 Noyabr 2026
12
23:45 / 08 Noyabr 2026
60
23:18 / 08 Noyabr 2026
548
23:14 / 08 Noyabr 2026
84
23:09 / 08 Noyabr 2026
147
23:07 / 08 Noyabr 2026
82
22:35 / 08 Noyabr 2026
330
22:32 / 08 Noyabr 2026
145
22:16 / 08 Noyabr 2026
108
22:07 / 08 Noyabr 2026
117
22:07 / 08 Noyabr 2026
132
21:56 / 08 Noyabr 2026
100
21:55 / 08 Noyabr 2026
159
21:43 / 08 Noyabr 2026
209
21:41 / 08 Noyabr 2026
131
21:09 / 08 Noyabr 2026
1276
21:02 / 08 Noyabr 2026
167
20:46 / 08 Noyabr 2026
272
20:44 / 08 Noyabr 2026
311
20:39 / 08 Noyabr 2026
191
20:35 / 08 Noyabr 2026
288
20:22 / 08 Noyabr 2026
184
20:16 / 08 Noyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.