Sədrdən yeni TƏYİNAT
19 Oktyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
212
29.09.2026, 15:54
Payız fəslinin gəlişi ilə səyahət həvəskarlarının istirahət üstünlükləri və marşrut seçimləri kəskin şəkildə dəyişir.
Yay mövsümünün bürkü havaları və izdihamlı çimərlikləri yerini mülayim iqlimə, təbiətin zəngin rəng çalarını təqdim edən mənzərələrə təhvil verir. Bu dövrdə istər ölkə xaricinə üz tutanlar, istərsə də daxili turizmi seçənlər daha çox sakitlik, mədəniyyət və təbiətlə təmas vəd edən məkanlara üstünlük verirlər.
Xüsusilə mədəni idrak turları, dağ-meşə gəzintiləri və qədim tarixə malik şəhərlər payız turistlərinin ən çox müraciət etdiyi istiqamətlərə çevrilir. Həm yerli, həm də xarici səyahətlərdə qiymətlərin nisbətən düşməsi və rahat istirahət mühiti bu fəsli səyahət üçün ən əlverişli mövsümlərdən birinə çevirir.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev Hit.az-a açıqlamasında bildirib ki, payız aylarında Azərbaycan vətəndaşlarının xarici səfərlərində əsasən yaxın və əlçatan istiqamətlərə üstünlük verdiyini müşahidə olunur:
“Bu dövrdə Türkiyə, Gürcüstan, BƏƏ, Avropa ölkələri və xüsusilə şəhər turizmi imkanları geniş olan istiqamətlər Azərbaycan turistlərinin maraq dairəsində qalır. Payızın nisbətən mülayim hava şəraiti həm alış-veriş, həm mədəni-tarixi, həm də qısa həftəsonu səfərləri üçün əlverişli imkan yaradır.
Daxili turizmdə isə payız mövsümü xüsusilə təbiət və gastronomiya turizmi baxımından fərqlənir. Qəbələ, Quba, Qusar, Şəki, Zaqatala, İsmayıllı və Şamaxı bu dövrdə daha çox seçilən istiqamətlər sırasındadır. Dövlət Statistika Komitəsinin məlumatlarında da Qəbələ, Qusar və Quba daxili turizmin əsas istiqamətləri sırasında yer alır”.
Ekspertin sözlərinə görə, son illərdə turistlərin bölgələrə marağında mühüm dəyişiklik var:
“Belə ki, turistlər artıq yalnız istirahət deyil, təbiət, milli mətbəx, kənd həyatı, ekoturizm və qısa həftəsonu proqramlarını da axtarırlar. Payız Azərbaycanın daxili turizmi üçün xüsusi imkanlar yaradır və bu mövsümdə regionlarda turizm məhsullarının daha aktiv təqdim olunması turist axınının artmasına müsbət təsir göstərə bilər”.
17:18 / 19 Oktyabr 2026
4
17:04 / 19 Oktyabr 2026
43
16:52 / 19 Oktyabr 2026
56
16:50 / 19 Oktyabr 2026
63
16:47 / 19 Oktyabr 2026
130
16:38 / 19 Oktyabr 2026
77
16:35 / 19 Oktyabr 2026
66
16:27 / 19 Oktyabr 2026
64
16:23 / 19 Oktyabr 2026
186
16:17 / 19 Oktyabr 2026
157
16:07 / 19 Oktyabr 2026
116
16:01 / 19 Oktyabr 2026
88
15:58 / 19 Oktyabr 2026
430
15:51 / 19 Oktyabr 2026
56
15:47 / 19 Oktyabr 2026
138
15:35 / 19 Oktyabr 2026
94
15:21 / 19 Oktyabr 2026
659
14:43 / 19 Oktyabr 2026
186
14:32 / 19 Oktyabr 2026
832
14:29 / 19 Oktyabr 2026
91
14:17 / 19 Oktyabr 2026
187
14:15 / 19 Oktyabr 2026
104
14:10 / 19 Oktyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.