Prezidentin qızları və gəlini bu tədbirdə iştirak etdilər - Foto
01 Noyabr 2026, 21:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
255
22.09.2026, 14:54
Bakıda nəqliyyat sıxlığı son illərdə şəhərin əsas problemlərindən biri olaraq qalır. Xüsusilə günün pik saatlarında paytaxtın əsas küçə və prospektlərində yaranan uzunmüddətli tıxaclar nəqliyyatın hərəkətini əhəmiyyətli dərəcədə çətinləşdirir. Sıxlıq təkcə sürücülərin vaxt itkisinə deyil, ictimai nəqliyyatın hərəkət intervalına və şəhərdaxili gedişlərin müddətinə də təsir göstərir. Paytaxtda əhalinin və avtomobillərin sayının artması fonunda mövcud nəqliyyat infrastrukturunun yükü də artır. Bu isə tıxac probleminin yalnız yeni yolların salınması ilə həll edilə biləcəyi sualını gündəmə gətirir. Mütəxəssislər problemin həlli üçün ictimai nəqliyyatın gücləndirilməsi və şəhər üzrə nəqliyyat axınının düzgün bölüşdürülməsinin vacibliyini vurğulayırlar. Eyni zamanda, insanların gündəlik olaraq şəhər mərkəzinə axınını azaltmaq üçün iş və təhsil imkanlarının müxtəlif ərazilər üzrə bölüşdürülməsi də müzakirə olunan məsələlərdəndir. Bəs Bakıda tıxac probleminin sistemli şəkildə aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu qeyd edib ki, nəqliyyat yükünün azaldılması üçün ali təhsil müəssisələrinin və dövlət qurumlarının mümkün qədər mərkəzdən kənarlaşdırılması vacibdir:
“Bütün dövlət qurumlarının məhz Bakının mərkəzində yerləşməsinin heç bir məntiqi əsası yoxdur. Digər şəhərlərimiz də inkişaf edir və bu cür mərkəzlərin regionlara və ya kənar ərazilərə köçürülməsi əhəmiyyətli nəticə verə bilər”.
Raqif Raufoğlunun sözlərinə görə, 2030-cu ilə qədər elektrik qatarlarının yenidən istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da böyük bir yükü aradan qaldıracaq.
Əgər bu sistem vaxtında və düzgün şəkildə inşa olunarsa, nəqliyyatın tənzimlənməsində böyük rol oynayacaq.
Ekspert vurğulayıb ki, tarixi təcrübə göstərir ki, 90-cı illərdə Bakı kəndlərinə işləyən elektrik qatarları mövcud idi və bu çox effektiv bir həll yolu idi.
“Gələn illərdə yeni metro xətlərinin açılması, daha doğrusu mövcud təmir işlərinin başa çatdırılması və xətlərin düzgün ayrılması təmin edilməlidir.
Hazırda problemin böyük hissəsi məhz metronun əsas strateji qovşaqlarının təmirlə əlaqədar bağlı olması ilə əlaqədardır. Elektrik qatarları, metro və müəyyən qurumlar mərkəzdən kənarlaşdırılmalı, hərəkət intensivliyi düzgün nizamlanmalıdır”.
Yekunda ekspert əlavə edib ki, insanların kütləvi şəkildə mərkəzə axın etməsinin arxasında duran əsas faktor regionlarda iş yerlərinin az olmasıdır:
“Vətəndaşlar iş dalınca məcbur olub mərkəzə və Bakıya üz tuturlar.
Əgər bu məsələ öz həllini tapmasa, insanlar hələ də iş ardınca mərkəzə gələcək və nəticədə ölkə bütövlükdə tək bir şəhərdən ibarət olacaqdır”.
Çimnaz Telmanqızı
21:26 / 01 Noyabr 2026
6
21:14 / 01 Noyabr 2026
73
20:55 / 01 Noyabr 2026
66
20:49 / 01 Noyabr 2026
64
20:35 / 01 Noyabr 2026
341
20:24 / 01 Noyabr 2026
92
20:20 / 01 Noyabr 2026
234
19:59 / 01 Noyabr 2026
113
19:55 / 01 Noyabr 2026
148
19:50 / 01 Noyabr 2026
285
19:36 / 01 Noyabr 2026
106
19:28 / 01 Noyabr 2026
93
19:15 / 01 Noyabr 2026
307
19:09 / 01 Noyabr 2026
177
19:01 / 01 Noyabr 2026
1171
19:00 / 01 Noyabr 2026
88
18:57 / 01 Noyabr 2026
114
18:24 / 01 Noyabr 2026
83
17:00 / 01 Noyabr 2026
94
16:37 / 01 Noyabr 2026
664
16:29 / 01 Noyabr 2026
559
16:23 / 01 Noyabr 2026
111
16:18 / 01 Noyabr 2026
1255
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.