Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
01 Noyabr 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
232
22.09.2026, 13:30
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib.
Oxu24.com xəbər verir ki, çimərlik mövsümünün bitməsilə əlaqədar IDEA tərəfindən "Sahillər təmiz qalsın!" şüarı altında Ümumdünya Təmizlik Günü (World Cleanup Day) çərçivəsində təşkil olunan aksiyada 150-dən çox könüllü iştirak edib.
Aksiya zamanı sahilyanı ərazilərdən 2 tondan çox tullantı toplanıb. Zəruri sanitar ləvazimatlarla təmin olunmuş könüllülər tərəfindən toplanan tullantılar "Təmiz Şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Aksiyanın əsas məqsədi dəniz sahillərinin təmiz saxlanılmasını təşviq etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınmasına diqqəti artırmaq və ictimaiyyəti dəniz və sahilyanı ekosistemlərin mühafizəsinə daha fəal cəlb etməkdir.
Qeyd edək ki, IDEA İctimai Birliyi Xəzər dənizinin bioresurslarının qorunması, sahilyanı ərazilərin təmiz saxlanılması və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici və praktiki ekoloji təşəbbüslər həyata keçirir.
IDEA hər kəsi təbiətin mühafizəsinə məsuliyyətlə yanaşmağa, sahillərimizin təmizliyini qorumağa və gələcək nəsillər üçün daha sağlam, təmiz və dayanıqlı ətraf mühitin formalaşdırılmasına töhfə verməyə çağırır.
22:04 / 01 Noyabr 2026
1
21:49 / 01 Noyabr 2026
73
21:49 / 01 Noyabr 2026
62
21:26 / 01 Noyabr 2026
140
21:14 / 01 Noyabr 2026
161
20:55 / 01 Noyabr 2026
113
20:49 / 01 Noyabr 2026
85
20:35 / 01 Noyabr 2026
537
20:24 / 01 Noyabr 2026
110
20:20 / 01 Noyabr 2026
285
19:59 / 01 Noyabr 2026
130
19:55 / 01 Noyabr 2026
179
19:50 / 01 Noyabr 2026
364
19:36 / 01 Noyabr 2026
118
19:28 / 01 Noyabr 2026
100
19:15 / 01 Noyabr 2026
354
19:09 / 01 Noyabr 2026
202
19:01 / 01 Noyabr 2026
1355
19:00 / 01 Noyabr 2026
95
18:57 / 01 Noyabr 2026
122
18:24 / 01 Noyabr 2026
88
17:00 / 01 Noyabr 2026
104
16:37 / 01 Noyabr 2026
731
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.