Məleykə Abbaszadə BDU-da nəyi dəyişəcək? - AÇIQLAMA
21 Noyabr 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
329
22.09.2026, 12:15
Milli Məclisin deputatı Naqif Həmzəyev gecə saatlarında tikinti işlərinin aparılmasına etiraz edib.
Oxu24.com-un xəbərinə görə, Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deyib ki, Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə tikinti-quraşdırma işlərinin nizamsız aparılması bir neçə üst-üstə düşən problemi ortaya çıxarır.
Deputat qeyd edib ki, bir çox tikinti şirkəti, xüsusilə beton tökmə, örtük işləri və ya yükdaşıma kimi əməliyyatları gecə saatlarında (22:00–06:00) və ya bazar və bayram günlərində aparır: "Çünki gündüz vaxtı bu işlər ya küçə nəqliyyatının hərəkəti ilə üst-üstə düşür, ya da işçi qüvvəsindən “24 saat” rejimində istifadə etmək iqtisadi cəhətdən daha sərfəli olur. Nəticədə sakinlər yuxu və istirahət hüququndan məhrum olurlar. Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə tikinti işləri, eləcə də xarici quraşdırılan istilik və havalandırma avadanlıqları səbəbindən yaranan səs-küyün konkret saat və desibel həddi ilə tənzimlənməsi yoxdur. 796 nömrəli Fərman səs-küy səviyyəsini qismən tənzimləsə də, konkret saat cədvəli yoxdur və icra mexanizmində boşluqlar var. Hansı orqanın operativ reaksiya verməli olduğu və ölçmə aparmalı olduğu aydın deyil. Sakin şikayət etdikdə, çox vaxt “bizim səlahiyyətimizdə deyil” cavabı ilə rastlaşır. Bələdiyyə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya Nazirliyi və digər qurumlar arasında səlahiyyət bölgüsü aydın deyil. Heç birinin 24 saat işləyən, dərhal sahəyə çıxan mobil ölçmə qrupu yoxdur. Cərimələr də ya minimal məbləğdədir, ya da nadir hallarda tətbiq olunur. Bu da böyük tikinti şirkətləri üçün “gözlənilən xərc” kimi qəbul edilir və çəkindirici təsir göstərmir. Tikinti materiallarının örtülmədən daşınması, qazıntı sahələrinin sulanmaması, tikinti tullantılarının küçəyə səpələnməsi böyük şəhərlərin artıq yüksək olan hava tozluluğu və çirklənməsi problemini gücləndirir. Problemi kökündən həll etmək üçün Şəhərsalma və Tikinti Məcəlləsində (əsas baza), İnzibati Xətalar Məcəlləsində, “Ekoloji təhlükəsizlik haqqında” qanunda və yerli özünüidarəetmə, bələdiyyə səlahiyyətləri ilə bağlı qanunvericilikdə də dəyişikliklərə ehtiyac var".
23:53 / 21 Noyabr 2026
16
23:41 / 21 Noyabr 2026
64
23:11 / 21 Noyabr 2026
441
23:00 / 21 Noyabr 2026
81
22:47 / 21 Noyabr 2026
214
22:32 / 21 Noyabr 2026
139
22:20 / 21 Noyabr 2026
367
22:02 / 21 Noyabr 2026
236
21:49 / 21 Noyabr 2026
113
21:32 / 21 Noyabr 2026
486
21:27 / 21 Noyabr 2026
146
21:20 / 21 Noyabr 2026
130
21:17 / 21 Noyabr 2026
669
20:49 / 21 Noyabr 2026
1047
20:33 / 21 Noyabr 2026
164
20:09 / 21 Noyabr 2026
1775
19:14 / 21 Noyabr 2026
771
19:12 / 21 Noyabr 2026
207
18:41 / 21 Noyabr 2026
155
18:29 / 21 Noyabr 2026
149
18:19 / 21 Noyabr 2026
149
18:18 / 21 Noyabr 2026
159
17:54 / 21 Noyabr 2026
296
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.