5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3327
14.09.2026, 10:21
Metro qatarı tuneldə qaldı,metro gecikdi,metroda nasazlıq yaşandı...Bu ifadələrə artıq adət etmişik.Daha doğrusu bizə adət etdirdilər.
Metronun bir ölkə üçün strateji əhəmiyyətli obyekt olması və əhalinin hərəkətində əsas vasitə olması hər kəsə gün kimi aydındır.Amma görünən odur ki,metronun başında oturanların başı nəyəsə bərk qarışıb.
Dövlət insanların rifahı üçün hər şeyi edib və edir.Lazım olan maliyyə ayrılır,yenililər tətbiq olunur və s. Bəs,bəzi məmurlar?
Yerin üstündə başı nələrəsə qarışan rəhbər şəxslərin yerin altında baş verənlərdən xəbəri yoxdur. Yoxsa,həftədə bir dəfə metroda bu kimi hallar yaşanmazdı...
Problem bir yana heç məsələyə münasibət bildirmək adətləri də formalaşmayıb.Hadisəni mətbuat yayır,insanlar sosial mediada paylaşımlar edir,metronun mətbuat xidməti isə hələ də yatıb...Yaxud da problemi ört-basdır etmək üçün hansısa bəhanə uydururlar,nağıl hazırlayırlar...Yadıma gəlir,ötən il Yaponiyada metro qatarı bir neçə saniyə gecikdiyi üçün məsul şəxslər sərnişinlərədn üzr istəmişdi...Yox,Yaponiya olmayın,bunu demirəm.Heç olmasa qonşu ölkələr qədər olun! Bu yaxınlarda bizə qonşu iki ölkədə oldum.Qatara minməyə qorxum olduğu üçün metrodan istifadə etmək istəmirdim.Xahişim Bakı metrosuna getmişdi.Həmin ölkədə yaşayan dostum bunu eşidəndə təəccüb etdi."Bizdə metro tuneldə qaldı nə deməkdir?Belə hadisələr olsa rəhbər şəxsləri tutarlar dedi"...Həqiqətən də bir neçə dəfə həmin ölkələrdə metrodan istifadə etdim.Heç bir təhlükə də yaşanmadı...
Metronun başına salınan daşı sadalamaqla bitmir...Bu əsrdə metroda kondinsioner niyə olmasın ki?Bu gün yaşanan hadisə də insanların əksəriyyəti havasızlıqdan şikayətlənirdi...Hər şeyi qaldırdıq,bəs keyfiyyət nə zaman qalxacaq?Yoxsa başımız hələləlik başqa işlərə qarışıb...
Yadıma bu hadisələrdə rəhmətlik Tağı Əhmədov düşdü...Bu gün yaşananları gördükcə, Tağı Əhmədovun özünə də,atasına da rəhmət oxumalıyıq...O kişinin zamanında bugünki kimi metroda problem adət halını almamışdı.Çünki Tağı Əhmədov metroya yerin altından gəlmişdi...Ən dəqiq məsələlərə qədər işdən hali idi...Bəs,Vüsal Aslanov?...
Miri Məcidli
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.