9 noyabrda QAR YAĞACAQ
09 Noyabr 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
318
09.09.2026, 14:20
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib. Yeni strukturda tabeli qurumların sayı azaldılıb, işçilərin say həddi isə 430-dan 300 ştat vahidinə endirilib.
Oxu24.com xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq "İçərişəhər" DTMQİ-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli 274 nömrəli Qərarı ilə İdarənin strukturu yenilənib. Dəyişikliklərin əsas məqsədi daha yığcam, çevik və səmərəli idarəetmə modelinin formalaşdırılması, təkrarlanan funksiyaların aradan qaldırılması, qərarvermə prosesinin sürətləndirilməsi və mövcud resursların prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsidir.
Bildirilib ki, əvvəlki strukturda İdarənin Aparatından əlavə, səkkiz tabeli qurum fəaliyyət göstərib. Yeni strukturda isə iki tabeli qurumun yaradılması nəzərdə tutulub. Bunlar Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzidir.
Qurumdan qeyd edilib ki, Muzey və Turizm Mərkəzinin yaradılması İçərişəhərin turizm potensialının sistemli şəkildə inkişaf etdirilməsi zərurətindən irəli gəlir. Mərkəz vasitəsilə muzeylərin, mədəni məkanların və ziyarətçi xidmətlərinin vahid yanaşma əsasında əlaqələndirilməsi, yeni turizm marşrutlarının və ziyarət proqramlarının hazırlanması planlaşdırılır.
Eyni zamanda, İdarənin Aparatında "şöbə və sektor" modelindən "departament və şöbə" modelinə keçid nəzərdə tutulur. Əlaqəli fəaliyyət istiqamətlərinin vahid rəhbərlik altında birləşdirilməsinin koordinasiyanın gücləndirilməsinə və qərarların daha operativ qəbuluna xidmət edəcəyi bildirilib.
İdarənin işçilərinin say həddi 430 ştat vahidindən 300 ştat vahidinə endirilib. Qurum bu dəyişikliyi təkrarlanan və paralel funksiyaların aradan qaldırılması, dəstək funksiyalarının mərkəzləşdirilməsi və insan resurslarının prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsi ilə əlaqələndirib.
Bildirilib ki, struktur dəyişikliyi həyata keçirilərkən əmək qanunvericiliyinin tələbləri və işçilərin qanunla müəyyən edilmiş hüquq və təminatları qorunacaq.
Qeyd edək ki, qurumun məlumatına görə, yeni strukturun əsas hədəfi idarəetmənin keyfiyyətcə yenilənməsi, mövcud imkanların İçərişəhərin tarixi-mədəni irsinin qorunmasına, sakinlərə və ziyarətçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və Qoruğun dayanıqlı inkişafına yönəldilməsidir.
04:25 / 09 Noyabr 2026
177
02:31 / 09 Noyabr 2026
169
01:34 / 09 Noyabr 2026
195
01:20 / 09 Noyabr 2026
362
01:10 / 09 Noyabr 2026
287
01:06 / 09 Noyabr 2026
166
00:58 / 09 Noyabr 2026
290
00:50 / 09 Noyabr 2026
202
00:29 / 09 Noyabr 2026
743
00:25 / 09 Noyabr 2026
461
00:21 / 09 Noyabr 2026
164
00:17 / 09 Noyabr 2026
139
00:12 / 09 Noyabr 2026
140
23:49 / 08 Noyabr 2026
196
23:45 / 08 Noyabr 2026
175
23:18 / 08 Noyabr 2026
1149
23:14 / 08 Noyabr 2026
182
23:09 / 08 Noyabr 2026
262
23:07 / 08 Noyabr 2026
226
22:35 / 08 Noyabr 2026
503
22:32 / 08 Noyabr 2026
420
22:16 / 08 Noyabr 2026
168
22:07 / 08 Noyabr 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.