Bu ərazidə su kəsiləcək
18 Oktyabr 2026, 23:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
214
08.09.2026, 15:25
Vətəndaşın xəbəri olmadan rəsmiləşdirilən onlayn kreditlər zamanı dələduzluq faktı kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir.
Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılıb. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, eyni zamanda yeni hüquqi risklər də meydana çıxarıb.
Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir. Mərkəzi Bankın təsdiq etdiyi Qaydalara əsasən banklar onlayn xidmət göstərərkən gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilərlər.
Son dövrlərdə məhkəmələrdə rast gəlinən mübahisələr göstərir ki, bəzi hallarda üçüncü şəxslər vətəndaşların fərdi məlumatlarını əldə edərək onların adından onlayn kredit rəsmiləşdirir və kredit vəsaitini öz hesablarına köçürürlər.
Təcrübədən görünür ki, bəzən vətəndaşlar özləri mobil telefonlarına göndərilən birdəfəlik təsdiq kodlarını (OTP), bank tətbiqinə giriş məlumatlarını və ya üz tanınması prosesini digər şəxslərlə paylaşırlar. Bu isə onlara qarşı dələduzluq hallarının baş verməsinə şərait yaradır.
Bir çox şəxs hesab edir ki, dələduzluğun qurbanı olduğu üçün kredit borcuna görə heç bir hüquqi məsuliyyət daşımır. Lakin hüquqi baxımdan məsələ bir qədər fərqlidir. Belə ki, vətəndaşlar özləri də fərdi məlumatlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Məsələn, hər bir şəxs FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini, SMS təsdiq kodlarını, bank tətbiqinə giriş məlumatlarını, biometrik məlumatlarını (üz tanınması, barmaq izi və s.) başqalarına təqdim etməməli və onların təhlükəsizliyini təmin etməlidir.
Vətəndaşlara FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini naməlum şəxslərə verməmək, biometrik məlumatlarını təhlükəsizliyini təmin etmək, SMS təsdiq kodlarını heç kimlə paylaşmamaq, telefona gələn bank bildirişlərini daim izləmək, mobil nömrəni dəyişdikdə bunu banka dərhal bildirmək, şübhəli zəng və mesajlara etibar etməmək, bank hesablarını mütəmadi yoxlamaq tövsiyə olunur.
Məhkəmə təcrübəsi göstərir ki, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə bankın davranışını, qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan bütün sübutları birlikdə qiymətləndirir.
23:32 / 18 Oktyabr 2026
1
23:21 / 18 Oktyabr 2026
32
22:54 / 18 Oktyabr 2026
56
22:03 / 18 Oktyabr 2026
83
21:52 / 18 Oktyabr 2026
75
21:31 / 18 Oktyabr 2026
90
21:26 / 18 Oktyabr 2026
96
21:20 / 18 Oktyabr 2026
75
21:13 / 18 Oktyabr 2026
143
21:08 / 18 Oktyabr 2026
99
20:58 / 18 Oktyabr 2026
72
20:39 / 18 Oktyabr 2026
95
20:25 / 18 Oktyabr 2026
106
20:09 / 18 Oktyabr 2026
134
19:56 / 18 Oktyabr 2026
159
19:42 / 18 Oktyabr 2026
194
19:30 / 18 Oktyabr 2026
886
19:19 / 18 Oktyabr 2026
108
19:09 / 18 Oktyabr 2026
83
18:55 / 18 Oktyabr 2026
666
18:50 / 18 Oktyabr 2026
87
18:47 / 18 Oktyabr 2026
117
18:37 / 18 Oktyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.