Azərbaycanda sərnişin mikroavtobusu dərəyə aşdı (VİDEO)
08 Noyabr 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
264
08.09.2026, 15:24
2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Cari ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri 26 486,5 milyon manat təşkil edib ki, bu da proqnozu 780,2 milyon manat və ya 3.0 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 619,1 milyon manat təşkil edərək proqnozdan 900,1 milyon manat və ya 7.7 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37,7 milyon manat təşkil edərək proqnozdan 7,3 milyon manat və ya 23.8 faiz, sair daxilolmalar 462,5 milyon manat təşkil edərək proqnozdan 77,1 milyon manat və ya 20.0 faiz çox, Dövlət Neft Fondundan transfert isə 8 559,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 326,9 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 481,3 milyon manat icra olunub.
Yanvar-avqust ayları ərzində dövlət büdcəsinin xərcləri 22 770,6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 462,5 milyon manat və ya 2.1 faiz çoxdur.
2026-cı ilin yanvar-avqust ayları ərzində icmal büdcənin gəlirləri 32 799,6 milyon manat, xərcləri isə 26 967,5 milyon manat məbləğində icra edilib.
23:45 / 08 Noyabr 2026
1
23:18 / 08 Noyabr 2026
344
23:14 / 08 Noyabr 2026
58
23:09 / 08 Noyabr 2026
95
23:07 / 08 Noyabr 2026
72
22:35 / 08 Noyabr 2026
299
22:32 / 08 Noyabr 2026
109
22:16 / 08 Noyabr 2026
97
22:07 / 08 Noyabr 2026
107
22:07 / 08 Noyabr 2026
122
21:56 / 08 Noyabr 2026
95
21:55 / 08 Noyabr 2026
147
21:43 / 08 Noyabr 2026
197
21:41 / 08 Noyabr 2026
118
21:09 / 08 Noyabr 2026
1075
21:02 / 08 Noyabr 2026
160
20:46 / 08 Noyabr 2026
247
20:44 / 08 Noyabr 2026
291
20:39 / 08 Noyabr 2026
183
20:35 / 08 Noyabr 2026
269
20:22 / 08 Noyabr 2026
177
20:16 / 08 Noyabr 2026
195
20:11 / 08 Noyabr 2026
299
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.