Qaynar xətt:

(+99450) 247 90 86

Habil Əliyevin maraqlı sevgi hekayəsi….

Habil Əliyevin maraqlı sevgi hekayəsi….

CƏMİYYƏT

259

08.09.2026, 11:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xanımı ilə quru çörək, ət üzünə həsrət qalan, tramvaya pul tapmayan Habil Əliyevin maraqlı sevgi hekayəsi….

Habil Əliyevin atası 30-cu illərdə qolçomaq kimi tutulub həbsdə vəfat edir. Böyük qardaşı müharibəyə gedir. Ailəni – böyük külfəti 13 yaşlı Habil dolandırmalı olur. 6 yaşından öyrəndiyi kamança ifası 13 yaşında ona çörəkpulu qazandırır. 

“Bəzi qohumlar məni dindirmirdi ki, Habil Ağdaşda kamança çalıb bizim adımızı batıracaq. İllər sonra həmin qohumlarım Bakıya gəlib, xahiş edirdilər ki, filan problemimizi həll et, səni eşidərlər”, - deyə ifaçı xatırlayırdı.

Habil Əliyev ifaçı kimi dəvət olunduğu toyda Şərqiyyə adlı qızı görüb bəyənir. Baxır ki, ətrafdakı qadınlar bunu anlayıb qıza xəbər veriblər. Amma qız qətiyyətlə bildirir ki, Habil Əliyev musiqi təhsili almasa, onunla ailə qurmayacaq. Habil Əliyev də əlacsız qalıb  təhsil almaqçün Bakıya yollanlr.

Cütlük nişanlanır. Qəribədir ki, Şərqiyyə Habilin nişan üzüyünü barmağına taxmırmiş. Amma sonra Habilin qayğıkeşliyi və ailəcanlılığı qızda ona qarşı sevgi yaradır. Bir müddət sonra isə Şərqiyyə ali məktəbə daxil olur. 

Gənc ailə Bakıda ehtiyac içində yaşayırdı. Habil Əliyevin xanəndələri müşayiət etmək üçün səhnə kostyumu yox idi. O, yaxın qohumunun boz kostyumunu alıb rənglətmişdi. 

“Elə vaxt olub, qışda corabım olmadığından məktəbə gedə bilməmişəm. Corab almağa pulumuz yox idi. Habil soruşurdu ki, niyə məktəbə getmədin? Yalandan deyirdim ki, bu gün mühazirəmiz yoxdur. Elə günlərimiz olub ki, evdə yeməyə quru çörəyimiz belə olmayıb. Aylarla ət, toyuq yemirdik. Habil mənə 5 qəpik verirdi ki, sən dərsə tramvayla get, mən piyada gedərəm. O, cəmi 26 manat, mən isə 40 manat təqaüd alırdım. Buna baxmayaraq, bir-birimizin xətrinə dəymirdik. Əksinə, get-gedə bir-birimizə daha çox isinişdik. Sonradan elə günlərimiz başladı ki. O, qastrollardan bəzən mənə 3-4 ayaqqabı, paltarlar alırdı, amma özünə heç nə almırdı. Deyirdi ki, kişi bəzəkli paltar geyinməz. Bəzən restoranlarda yediyi kabablardan, balıq ətindən sifariş verib evə gətirirdi ki, mən orada kabab, balıq yedim, amma sən evdə qaldın, o yeməklərdən yemədin, buyur, sən də ye”, - deyə xanımı Şərqiyyə Əliyeva o günləri  böyük sevgi ilə xatırlayırdı.

Ruhları şad olsun

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

109

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

111

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

649

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

138

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

135

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

119

0
Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

12:22 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

124

0
Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

12:17 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

122

0
Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

12:16 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

138

0
Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

12:14 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

146

0
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

12:05 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

287

0
Prezident İlham Əliyev xalqa müraciət edib 

11:59 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev xalqa müraciət edib 

786

0