Mollalar məktəb həyətində nə axtarır?
12 Oktyabr 2026, 16:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5717
02.09.2026, 11:22
TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır.
Oxu24.com xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək:
"Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.
İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq. Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq".
A.Bayramov həmçinin bildirib ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək və bu da 107 faiz artım deməkdir:
"Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq (artım 950 manat və ya 66 faiz). Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq (artım 800 manat və ya 55 faiz). Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir".
A.Bayramov qeyd edib ki, yeni islahatla 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək.
O bildirib ki, əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də ayrıca nəzərə alınıb:
"Baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçot, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin edilməsində mühüm rolu nəzərə alınaraq, tibb müəssisəsinin kateqoriyasından asılı olaraq diferensial artımlar tətbiq ediləcək. Misal üçün, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 125 manata yüksələcək ki, bu da 671 manat və ya 46 faiz artım deməkdir. Orta və kiçik tibb heyəti də islahatın əhatə dairəsindədir. 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək".
A.Bayramovun sözlərinə görə, islahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir.
16:40 / 12 Oktyabr 2026
22
16:32 / 12 Oktyabr 2026
69
16:28 / 12 Oktyabr 2026
40
16:17 / 12 Oktyabr 2026
141
16:13 / 12 Oktyabr 2026
503
16:08 / 12 Oktyabr 2026
163
16:03 / 12 Oktyabr 2026
184
15:54 / 12 Oktyabr 2026
187
15:46 / 12 Oktyabr 2026
124
15:36 / 12 Oktyabr 2026
576
15:30 / 12 Oktyabr 2026
157
15:22 / 12 Oktyabr 2026
1514
15:21 / 12 Oktyabr 2026
102
15:15 / 12 Oktyabr 2026
253
15:07 / 12 Oktyabr 2026
207
15:06 / 12 Oktyabr 2026
669
14:58 / 12 Oktyabr 2026
571
14:56 / 12 Oktyabr 2026
125
14:52 / 12 Oktyabr 2026
4692
14:40 / 12 Oktyabr 2026
258
14:34 / 12 Oktyabr 2026
66
14:27 / 12 Oktyabr 2026
233
14:25 / 12 Oktyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.