Zülfiyyə Xanbabayeva məktəbli geyimindən danışdı: “Elə bir vəziyyət yaranır ki...”
12 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
277
02.09.2026, 09:45
Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək.
Bu barədə Oxu24.com-a DİM-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.
Peşə tanınması üzrə növbəti imtahan 29 sentyabr 2026-cı il tarixində DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər imtahandan 5 gün öncə DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.
Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.
Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.
Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.
Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərir. Belə ki, hər səhv cavaba görə ümumi baldan 0.25 bal çıxılır.
Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
13:13 / 12 Oktyabr 2026
17
12:55 / 12 Oktyabr 2026
1025
12:53 / 12 Oktyabr 2026
46
12:50 / 12 Oktyabr 2026
34
12:40 / 12 Oktyabr 2026
45
12:25 / 12 Oktyabr 2026
116
12:17 / 12 Oktyabr 2026
130
12:12 / 12 Oktyabr 2026
101
11:57 / 12 Oktyabr 2026
60
11:52 / 12 Oktyabr 2026
63
11:46 / 12 Oktyabr 2026
468
11:39 / 12 Oktyabr 2026
91
11:31 / 12 Oktyabr 2026
818
11:27 / 12 Oktyabr 2026
98
11:24 / 12 Oktyabr 2026
119
11:18 / 12 Oktyabr 2026
971
11:16 / 12 Oktyabr 2026
63
11:08 / 12 Oktyabr 2026
1309
11:05 / 12 Oktyabr 2026
249
11:03 / 12 Oktyabr 2026
73
10:57 / 12 Oktyabr 2026
347
10:53 / 12 Oktyabr 2026
97
10:45 / 12 Oktyabr 2026
257
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.